Turan İbrahimov: 'Emin Milli namərd və riyakar insandır'
Bütün Xəbərlər
18:00 04.03.2012
7325
Xəbər verdiyimiz kimi, Quba rayon sakinləri icra başçısı Rauf Həbibovu işdən çıxarılıb. Həbibovun istefasından sonra rayon icra başçısının səlahiyyətlərini icra hakimiyyəti başçısının birinci müavini Sahib Məmmədov icra edəcək. AZXEBER.COM-un məlumatına görə, qubalıların üsyanından sonra sosial şəbəkələrdə bir qrup gənc əhalini inqilaba səsləyib. Blogger Emin Milli bu haqda status yazıb. O hər kəsi Azadlıq meydanına dəvət edib. Məsələylə bağlı Emin Milliyə ən kəskin etiraz tanınmış teleaparıcı Turan İbrahimovdan gəlib. O, AZXEBER.COM-a açıqlamasında bloggeri namərd və riyakar adlandırıb: "Quba sakinlərinin haqlı sosial narazılığına min-bir yolla siyasi rəng verməyə çalışan müxalifətə,onların acizliyinə gülürəm. Emin Milli əgər insanları üsyana doğrudan da çağırırsa, bunu edən özüdürsə olduqca namərd və riyakar insandır. Oxumaq adıyla Londona gedəsən. Sonra da ordan başlayasan xoruzlanmağa, qəhrəmanlıq etməyə. Belə mərd oğlan idin "mübarizəni" qalıb ölkəndə xalqının içində aparaydın. Məlumdur ki, olduğu yerdə yerini bərkitmək, yaxşı oğlan olmaq üçün artistlik edir". Turan İbrahimov Quba sakinlərinin cəsarətindən də danışıb: "Quba sakinləri qalxaraq icra başçısını şəhərdən qovdular. Eyni tunislilərin Ben Alini qovduğu kimi. Amma qubalılar İlham Əliyevə güvənərək bunu etdilər. Qubalıları alqışlayıram. Bütün soydaşlarımız məmur özbaşınalığına qarşı onlar kimi cəsarətlə çıxsalar, bizdə də hər şey öz qaydasına düşər.Hacıbəy HEYDƏRLİ