Turan İbrahimov Eynulla Fətullayevi debata çağırdı: "Kişiliyin çatırsa gəl"

Turan İbrahimov Eynulla Fətullayevi debata çağırdı: "Kişiliyin çatırsa gəl"
MEDİA
19:52 22.08.2011
3081
"Bir müddət əvvəl «Yeni Müsavat» qəzetinin səhifələrində keçmiş məhbus baş redaktor Eynulla Fətullayev ANS-in Xəbərlər Departamentinin baş redaktoru Mirşahin Ağayevi debata çağırdı. Fətullayev bu çağırışını zamanında Mirşahinin ona etdiyi hücumlarla əlaqələndirdi. Bunun ardından da Mirşahin Fətullayevin çağırışına reaksiya verərək bildirdi ki, o, ilk əvvəl Xocalı qətliamı ilə bağlı söylədiklərinə görə Azərbaycan xalqından üzr istəməlidir. Buna cavab olaraq isə keçmiş baş redaktor məlum işlə bağlı bəraət aldığını söyləmişdi. Amma məsələyə maraqlı reaksiya digər tanınmış telejurnalistdən - Turan İbrahimovdan gəldi. Belə ki, mətbuata verdiyi açıqlamasında Turan İbrahimov qeyd etmişdi ki, Eynulla Fətullayev heç də Xocalı məsələsi ilə bağlı bəraət almayıb: “Eynulla yalan danışır. Əksinə, Avropa İnsan Haqqları Məhkəməsi Eynulla Fətullayevin Azərbaycan məhkəmələrində israrla dandığı bir faktı sübuta yetirib. Sadəcə olaraq Fətullayevin bu şəkildə düşünməsi Avropa Məhkəməsi tərəfindən cinayət əməli kimi qəbul edilməyib. Budur məsələ! Yəni Eynulla burada bəraət ala bilər, amma fakt faktlığında qalır ki, bu adam Xocalı soyqırımı ilə bağlı dediklərinə görə, bu xalqdan üzr istəməyib və Azərbaycan xalqı qarşısında gözükölgəliliyinin, mənəvi xəyanətkarlığının məsuliyyətindən qurtulmayıb. Bütün bunları nəzərə alaraq Mirşahin Ağayevi öz şərtində haqlı hesab edirəm. Eynulla Fətullayev isə heç nə olmamış kimi sözügedən KİV-lər vasitəsilə bir daha xalqı aldatmağa çalışaraq yalan məlumatlar yaymaqla, “qırmızı-qırmızı” hansısa bəraətdən danışıb iz azdırmağa çalışır. Tamam, Avropa Məhkəməsi bəraət verdi. Bəs, gəlin görək, Xocalıda yaxınlarını itirənlər, anası-bacısı düşmənə əsir düşənlər və ümumiyyətlə, Azərbaycan xalqı ona bəraət veribmi?”. Bu sualının ardından Turan İbrahimovun Eynulla Fətullayevi debata çağırdığı da məlum olur. Lakin buna baxmayaraq keçmiş baş redaktor sözügedən debatdan yayınır və hətta Turan İbrahimov adlı jurnalisti tanımadığını da ironik şəkildə ifadə edir. Lakin Fətullayevin bu ironiyası elə yerli qəzetçilər tərəfindən də anlaşılmaz qəbul olunur və qəzetlərin birində gedən məlumatlarda bu məsələyə toxunularaq bildirilirdi ki, hər halda, keçmiş baş redaktorun bu tərz davranışı daha çox haqsız mövqenin ifadəsi kimi qəbul olunur.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
02:27 26.05.2025
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
01:22 26.05.2025
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
23:51 25.05.2025
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
23:33 25.05.2025
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
23:29 25.05.2025
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
23:16 25.05.2025
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
23:10 25.05.2025
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
20 yaşlı qız dəm qazından zəhərləndi
22:50 25.05.2025
20 yaşlı qız dəm qazından zəhərləndi
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
22:44 25.05.2025
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
22:35 25.05.2025
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
“Putinin helikopterini vurmağa cəhd ediblər”
22:31 25.05.2025
“Putinin helikopterini vurmağa cəhd ediblər”
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
22:13 25.05.2025
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
22:04 25.05.2025
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
21:58 25.05.2025
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
21:44 25.05.2025
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib
21:35 25.05.2025
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib