"Turan Tovuz" "Zirə"ni məğlub etdi

"Turan Tovuz" "Zirə"ni məğlub etdi
İDMAN
19:53 19.09.2026
40
Misli Premyer Liqasında VI turun daha bir oyunu keçirilib.

AZXEBER.COM xəbər verir ki, günün ilk matçında "Turan Tovuz" "Zirə"ni qəbul edib.

Tovuz şəhər stadionundakı qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 1:0. Filip Damyanoviç 90+6-cı dəqiqədə fərqlənib.

Xallarının sayını 11-ə çatdıran meydan sahibləri dördüncü pillədə qərarlaşıb. Bakı klubu 10 xalla beşinci sıradadır.

Günün ikinci görüşündə "İmişli" "Sabah"ın qonağı olacaq.

Xatırladaq ki, tura sentyabrın 20-də yekun vurulacaq. Ötən gün "Neftçi" "Qəbələ"ni (3:0), "Qarabağ" "Şəfa"nı məğlub edib - 1:0.
OXŞAR XƏBƏRLƏR