TuranBank Asiya İnkişaf Bankı ilə 8 mln USD Revolver kredit sazişi imzalayıb

TuranBank Asiya İnkişaf Bankı ilə 8 mln USD Revolver kredit sazişi imzalayıb
İQTİSADİYYAT
11:15 10.12.2025
510
Asiya İnkişaf Bankının "Ticarət və Təchizat Zəncirinin Maliyyələşdirilməsi Proqramı” (AİB TSCFP) TuranBank-ın Kredit Zəmanəti Məhsulu üzrə ümumi limitinin 8 milyon ABŞ dollarınadək artırıldığını təsdiqləyib.

AZXEBER.COM xəbər verir ki, bu, TuranBank və ADB TSCFP arasında uzunmüddətli əməkdaşlıqda növbəti mühüm mərhələdir və beynəlxalq maliyyə institutlarının TuranBank-ın strateji inkişafına, risklərin idarə olunması təcrübələrinə və əməliyyat imkanlarına artan etimadını nümayiş etdirir.

AİB TSCFP TuranBank üçün ayırdığı yeni revolver kredit xətti idxal və ixrac əməliyyatlarını asanlaşdırmaqla yanaşı, xüsusilə qeyri-neft sektorunda fəaliyyət göstərən müəssisələrin maliyyə resurslarına çıxışını genişləndirəcək. Ayrılmış vəsait mövcud bazar boşluqlarının aradan qaldırılmasına, milli iqtisadiyyatın gücləndirilməsi və şaxələndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləyəcək.

Bu razılaşma TuranBank-ın nüfuzlu beynəlxalq maliyyə institutları ilə əməkdaşlığını gücləndirmək, yeni maliyyə mənbələri cəlb etmək və Azərbaycan iqtisadiyyatının əsas iqtisadi sektorlarını dəstəkləmək strategiyasını möhkəmləndirir. Bank öz fəaliyyəti ilə yüksək keyfiyyətli maliyyə xidmətləri təqdim etməyə, innovativ bankçılıq həllərini inkişaf etdirməyə və ölkədə davamlı iqtisadi tərəqqini təşviq etməyə sadiqdir.

Asiya İnkişaf Bankı (AİB) haqqında

 AİB iqtisadi artımı təşviq edən, yoxsulluğu azaltmaq və Asiya və Sakit Okean regionunda regional əməkdaşlığı inkişaf etdirmək məqsədilə fəaliyyət göstərən çoxtərəfli inkişaf institutudur. Bank aparıcı maliyyə institutları ilə tərəfdaşlıq edərək özəl sektorun inkişafını və maliyyə sektorunun sabitliyini dəstəkləyir.

TuranBank haqqında
 
1992-ci ildə təsis edilən TuranBank, geniş çeşiddə korporativ, pərakəndə və Kiçik və Orta Sahibkarlıq subyektləri üçün bank xidmətləri təqdim edən Azərbaycanın aparıcı maliyyə institutlarından biridir. Bank sahibkarlığın dəstəklənməsinə, real sektorun maliyyələşdirilməsinə və beynəlxalq inkişaf fondları ilə tərəfdaşlıqların qurulmasına xüsusi önəm verir.

TuranBank

Bizimlə etibarlıdır...
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
17:34 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
17:18 08.11.2026
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
17:16 08.11.2026
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
17:05 08.11.2026
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
17:05 08.11.2026
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
16:53 08.11.2026
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
16:47 08.11.2026
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
16:45 08.11.2026
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
16:40 08.11.2026
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
16:34 08.11.2026
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
Türkiyə Ağdamda yeni məktəb inşa edir
16:30 08.11.2026
Türkiyə Ağdamda yeni məktəb inşa edir
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı və İlham Əliyevi Bayraq Günü münasibəti ilə təbrik edib
16:22 08.11.2026
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı və İlham Əliyevi Bayraq Günü münasibəti ilə təbrik edib
Ərdoğan: Qardaşım İlham Əliyevin liderliyi ilə Azərbaycan xalqı qəhrəmanlıqla Qarabağı azad etdi
16:18 08.11.2026
Ərdoğan: Qardaşım İlham Əliyevin liderliyi ilə Azərbaycan xalqı qəhrəmanlıqla Qarabağı azad etdi
Prezident Ermənistanla Azərbaycan arasında normallaşma prosesindən danışdı
16:15 08.11.2026
Prezident Ermənistanla Azərbaycan arasında normallaşma prosesindən danışdı
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
16:13 08.11.2026
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Ərdoğan: Azərbaycanın Zəfəri bütün Türk dünyasının qürurudur
16:12 08.11.2026
Ərdoğan: Azərbaycanın Zəfəri bütün Türk dünyasının qürurudur