TuranBank gender bərabərliyini təşviq edən strateji layihəni uğurla tamamlayıb - FOTOLAR

TuranBank gender bərabərliyini təşviq edən strateji layihəni uğurla tamamlayıb - FOTOLAR
İQTİSADİYYAT
15:13 11.04.2025
578

Ölkənin aparıcı banklarından biri olan TuranBank maliyyə sektorunda gender bərabərliyinin təşviqinə yönəlmiş strateji layihəni uğurla başa vurub.

 

AZXEBER.COM xəbər verir ki, FİNMA tərəfindən tənzimlənən İsveçrənin aparıcı Enabling Qapital fondu və Amerika Birləşmiş Ştatlarının ən məşhur universitetlərindən biri olan Kolumbiya Universitetinin "Beynəlxalq və İctimai İşlər Məktəbi”nin uzunmüddətli əməkdaşlığı çərçivəsində həyata keçirilən bu layihə təhlil və praktiki metodları birləşdirərək maliyyə sektorunda daha inklüziv təcrübələrin dəstəklənməsini təmin edir.


Layihə çərçivəsində, cari ilin 14-19 mart tarixlərində Enabling Qapital fondunun vasitəçiliyi ilə Kolumbiya Universitetinin magistratura səviyyəsində təhsil alan 7 tələbəsi Azərbaycana səfər edərək TuranBank-da praktiki araşdırmalar aparmaq imkanı əldə ediblər. Tələbələr Bankın baş ofisi ilə yanaşı, filiallarda fəaliyyət göstərən qadın rəhbər heyəti ilə görüşlər keçirərək Bankın idarəetmə strukturlarında qadınların rolu, iş yerində gender bərabərliyi prinsiplərinin tətbiqi ilə bağlı ətraflı məlumat əldə ediblər. Həmçinin Bankın qadın sahibkarlara verdiyi dəstək, güzəştli maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və biznes sahəsində qadınların iqtisadi səmərəliliyinin artırılması istiqamətində həyata keçirilən tədbirlərlə bağlı fikir mübadiləsi aparıblar.

19 mart 2025- ci il tarixində layihənin yekun təqdimatı keçirilib və Bankın gender bərabərliyinə dair həyata keçirdiyi təşəbbüslərin nəticələri, əldə edilən əsas nailiyyətlər və gələcəkdə bu istiqamətdə tətbiq ediləcək təkmilləşdirmələr barədə bankın rəhbərliyi ilə ətraflı müzakirələr aparılıb. Sonda Bankın bu sahədəki fəaliyyətinin gücləndirilməsi üçün konkret fəaliyyət planı təqdim olunub. Fəaliyyət planı çərçivəsində nəzərdə tutulan tədbirlər arasında təhsil proqramları, mentorluq layihələri və gender əsaslı ayrı-seçkiliyin qarşısını almağa yönəlmiş hüquqi mexanizmlərin gücləndirilməsi yer alıb.


TuranBank-ın İdarə Heyətinin sədri Orxan Qarayev layihənin əldə etdiyi nəticələri yüksək qiymətləndirərək, bu istiqamətdə fəaliyyətin daha da gücləndiriləcəyini vurğulayıb: "Biz gender bərabərliyini yalnız bir siyasət kimi deyil, inkişaf strategiyamızın əsas sütunlarından biri kimi dəyərləndiririk. İnklüziv və dəstəkləyici bir mühit yaradaraq, biz hər bir əməkdaşımıza, cinsindən asılı olmayaraq, inkişaf etmək imkanı təmin edirik. Eyni zamanda, qadın sahibkarların ölkə iqtisadiyyatındakı rolunun artırılması və güzəştli maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində daim dəstəkləyici tədbirlər görürük. TuranBank olaraq, işgüzar sahədə gender bərabərliyi və qadınların iqtisadi səmərəliliyinin artırılması istiqamətində səylərimizi bundan sonra da davam etdirəcəyik.”


Enabling Qapital Fondunun nümayəndəsi Farida Abdulhafizova Fondun bu sahədə davam edən öhdəliyi çərçivəsində maliyyə institutlarında gender bərabərliyinin vacibliyini vurğulayıb:

 

"Biz, TuranBank-ın gender bərabərliyinin yalnız bir siyasət deyil, həm də Bankın əsas dəyər prinsiplərindən biri olması ilə bağlı yanaşmaları ilə həmfikirik. Tədqiqatlar göstərir ki, güclü qadın sahibkarları və əməkdaşları olan maliyyə qurumları daha uğurlu nəticələr əldə edirlər. Bu məqsədlə, biz Kolumbiya Universitetinin "Beynəlxalq və İctimai İşlər Məktəbi” ilə birgə maliyyə institutlarına bu potensiallarını aktiv həyata keçirməyə dəstək olmaq üçün fəaliyyət planı hazırladıq.”


Məlumat üçün bildirək ki, TuranBank, öz fəaliyyətində gender bərabərliyinə xüsusi diqqət ayırır və beynəlxalq tərəfdaşların dəstəyilə həyata keçirilən bu kimi layihələrin Azərbaycanda qadınların iqtisadi həyatdakı rolunu artırmağa və onların biznes sahələrində daha fəal iştirakını dəstəkləməyə töhfə verəcəyinə əmindir.

 

 

Ölkənin lider banklarından olan TuranBank 22 satış nöqtəsilə müştərilərin xidmətindədir. Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı 935 çağrı mərkəzinə zəng edərək, TuranBank-ın rəsmi veb səhifəsinivə ya sosial şəbəkələrdəki səhifələrini izləyərək əldə edə bilərsiniz.

 

 

TuranBank


Bizimlə etibarlıdır...

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Masallıda ağır avtoqəza olub, ölən və yaralananlar var
14:40 09.05.2025
Masallıda ağır avtoqəza olub, ölən və yaralananlar var
Azərbaycan Türkiyədən meyvə-tərəvəz idxalına çəkdiyi xərci 12 %-dən çox azaldıb
14:24 09.05.2025
Azərbaycan Türkiyədən meyvə-tərəvəz idxalına çəkdiyi xərci 12 %-dən çox azaldıb
İlham Əliyev və Mehriban Əliyeva Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışında iştirak ediblər
14:08 09.05.2025
İlham Əliyev və Mehriban Əliyeva Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışında iştirak ediblər
İlham Əliyev və Mehriban Əliyeva Daşaltı kənd məscidinin açılışında iştirak ediblər
14:06 09.05.2025
İlham Əliyev və Mehriban Əliyeva Daşaltı kənd məscidinin açılışında iştirak ediblər
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
13:52 09.05.2025
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Abşeronda sex yanır
13:43 09.05.2025
Abşeronda sex yanır
Bu bürclər anadangəlmə yüksək zəkalı olurlar
13:27 09.05.2025
Bu bürclər anadangəlmə yüksək zəkalı olurlar
Azərbaycan millisi Avropa Qızıl Liqasına hazırlığı ölkə xaricində davam etdirəcək
13:03 09.05.2025
Azərbaycan millisi Avropa Qızıl Liqasına hazırlığı ölkə xaricində davam etdirəcək
Lənkəranda “Gənclərin Peşə Bələdçisi” düşərgəsi keçirilir - FOTO
12:40 09.05.2025
Lənkəranda “Gənclərin Peşə Bələdçisi” düşərgəsi keçirilir - FOTO
Sabahın hava proqnozu açıqlandı
12:26 09.05.2025
Sabahın hava proqnozu açıqlandı
Təcili yardım təyyarəsi qəza etdi: 6 nəfər həlak oldu
12:12 09.05.2025
Təcili yardım təyyarəsi qəza etdi: 6 nəfər həlak oldu
İranın XİN rəhbəri Ər-Riyad və Dohaya səfər edəcək
11:52 09.05.2025
İranın XİN rəhbəri Ər-Riyad və Dohaya səfər edəcək
AYNA: İctimai nəqliyyatda gediş haqqının QR ödənilməsində yaranan çətinliklər aradan qaldırılıb
11:35 09.05.2025
AYNA: İctimai nəqliyyatda gediş haqqının QR ödənilməsində yaranan çətinliklər aradan qaldırılıb
Paşinyan: Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq
11:24 09.05.2025
Paşinyan: Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq
Prezident İlham Əliyev Ekvadorun yenidən prezidenti seçilən Daniel Noboa Azini təbrik edib
11:15 09.05.2025
Prezident İlham Əliyev Ekvadorun yenidən prezidenti seçilən Daniel Noboa Azini təbrik edib
Prezident İlham Əliyev yeni seçilən Roma Papasını təbrik edib
10:52 09.05.2025
Prezident İlham Əliyev yeni seçilən Roma Papasını təbrik edib