TuranBank və ITFC arasında saziş imzalandı

TuranBank və ITFC arasında saziş imzalandı
İQTİSADİYYAT
10:59 06.04.2026
2140
 Azərbaycanın aparıcı banklarından biri olan TuranBank ASC ilə İslam İnkişaf Bankı (IsDB) Qrupuna üzvü olan Beynəlxalq İslam Ticarət Maliyyəsi Korporasiyası (ITFC) arasında beynəlxalq ticarət əməliyyatlarının maliyyələşdirilməsini genişləndirmək məqsədilə 10 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalanıb. Saziş beynəlxalq ticarət əməliyyatları üçün maliyyələşmə həllərini şaxələndirməyi, kiçik və orta sahibkarlıq (KOS) subyektlərinin maliyyə resurslarına çıxış imkanlarını artırmağı hədəfləyir.

Strateji tərəfdaşlığın əsas məqsədi ölkələrarası idxal-ixrac əməliyyatlarını genişləndirmək, Azərbaycanda beynəlxalq ticarət fəaliyyətini stimullaşdırmaq, habelə özəl sektorun, xüsusilə də kiçik və orta sahibkarlıq (KOS) subyektlərinin maliyyə resurslarına əlçatanlığını təmin etməkdir. Saziş çərçivəsində ayrılmış vəsait yerli müəssisələrin ixrac potensialının gücləndirilməsinə və ölkə iqtisadiyyatının qeyri-neft sektorunun dayanıqlı inkişafının dəstəklənməsinə yönəldiləcək.

ITFC-nin Əməliyyat üzrə Baş Direktoru Nazim Noordali: "TuranBank ilə qurulan tərəfdaşlıq, üzv ölkələrdə dayanıqlı iqtisadi artımın hərəkətverici qüvvəsi olan özəl sektorun və kiçik və orta sahibkarlığın (KOS) rolunun möhkəmləndirilməsinə dair davamlı öhdəliyimizin bariz nümunəsidir. ITFC-nin ticarətin təşviqi və ticarət maliyyələşdirilməsinə çıxış imkanlarının artırılması missiyamıza müvafiq olaraq, bu əməkdaşlıq İslam maliyyələşdirmə həllərinin miqyasını genişləndirəcək və KOS-ların beynəlxalq ticarət əməliyyatlarını artırmasına lazımi dəstəyi təmin edəcəkdir."

TuranBank-ın İdarə Heyətinin sədri Orxan Qarayev: "ITFC ilə imzaladığımız bu saziş ölkənin ticarət dövriyyəsinin canlandırılmasına xidmət edir. Sözügedən maliyyə xətti müştərilərimizə daha çevik ticarət həlləri təklif etməyə və onlara qlobal bazarlarda geniş imkanlar yaradacaqdır. Eyni zamanda, bu əməkdaşlıq TuranBank-ın beynəlxalq maliyyə bazarlarındakı aktiv fəaliyyətinin və yerli sahibkarlıq subyektlərinə göstərdiyi davamlı dəstəyin növbəti göstəricisidir”

Bu saziş ITFC-nin Azərbaycandakı fəaliyyətinin artan dinamikasını təsdiq edir və hər iki qurumun özəl sektor üçün ticarətin maliyyələşdirilməsi həllərinin təkmilləşdirilməsi istiqamətindəki ortaq hədəflərini əks etdirir.

TuranBank haqqında:

TuranBank ASC 1992-ci ildə təsis edilmiş və Azərbaycan maliyyə sektorunda fəaliyyət göstərən ən sabit və etibarlı qurumlardan biri kimi tanınır. Bank, müştərilərinə beynəlxalq standartlara uyğun geniş çeşidli maliyyə xidmətləri təqdim edir. Hazırda ölkə üzrə 22 xidmət nöqtəsi ilə fəaliyyət göstərən TuranBank, 33 illik fəaliyyəti ərzində dayanıqlı inkişaf nümayiş etdirib. Bank şəffaflıq, etibarlılıq və sosial məsuliyyət prinsiplərinə sadiqliyi ilə seçilərək, ölkənin bank sektorunda mühüm rol oynamaqda davam edir. Ətraflı məlumat üçün: www.turanbank.az

Beynəlxalq İslam Ticarət Maliyyə Korporasiyası (ITFC) haqqında:

Beynəlxalq İslam Ticarət Maliyyə Korporasiyası (ITFC) İslam İnkişaf Bankı (IsDB) Qrupunun üzvüdür. 2008-ci ilin yanvar ayından fəaliyyətə başlayan ITFC, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin ehtiyacları üçün 92 milyard ABŞ dollarından çox maliyyə vəsaiti ayıraraq, bu ölkələr üçün ticarət həllərinin aparıcı təminatçısına çevrilib. İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə və ondan kənarda ticarətin inkişafı üçün hərəkətverici qüvvə olmaq missiyasını daşıyan Korporasiya, üzv ölkələrdəki qurumların ticarətin maliyyələşdirilməsi imkanlarına daha rahat çıxışını təmin edir və onlara qlobal bazarda uğurla rəqabət aparmağa imkan verən zəruri potensialın artırılması alətlərini təqdim edir.

Twitter: @ITFCCORP

Facebook: @ITFCCORP

LinkedIn: International Islamic Trade Finance Corporation (ITFC)

Tel: +966 12 646 8337

Fax: +966 12 637 1064


TuranBank

Bizimlə etibarlıdır…

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
UEFA Avropa Liqasında IV tura bir oyunla start verilib
22:04 04.11.2026
UEFA Avropa Liqasında IV tura bir oyunla start verilib
Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
21:58 04.11.2026
Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:48 04.11.2026
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
Yol vergisindən daxilolmalar azalacaq
21:39 04.11.2026
Yol vergisindən daxilolmalar azalacaq
Sabah Fransada yüz minlərlə insanın aksiyalarda iştirakı gözlənilir
21:31 04.11.2026
Sabah Fransada yüz minlərlə insanın aksiyalarda iştirakı gözlənilir
Azərbaycanda müəmmalı ölüm: İş adamının meyiti tapıldı
21:22 04.11.2026
Azərbaycanda müəmmalı ölüm: İş adamının meyiti tapıldı
Lənkəranda ova gedən kişinin meyiti tapılıb
21:13 04.11.2026
Lənkəranda ova gedən kişinin meyiti tapılıb
Batrakovun sosial şəbəkə izləyiciləri "Qalatasaray"a keçdikdən sonra 11 dəfə artıb
21:10 04.11.2026
Batrakovun sosial şəbəkə izləyiciləri "Qalatasaray"a keçdikdən sonra 11 dəfə artıb
Zelenski: Rusiyanın Zaporojye vilayətində məktəbə hücumunda ölənlərin sayı 40-a çatıb
21:04 04.11.2026
Zelenski: Rusiyanın Zaporojye vilayətində məktəbə hücumunda ölənlərin sayı 40-a çatıb
BMT sammitinin iştirakçıları "ASAN xidmət"in fəaliyyəti ilə tanış olublar
20:58 04.11.2026
BMT sammitinin iştirakçıları "ASAN xidmət"in fəaliyyəti ilə tanış olublar
Vens: Respublikaçılar seçkilərdə İranla müharibəyə görə məğlub olublar
20:51 04.11.2026
Vens: Respublikaçılar seçkilərdə İranla müharibəyə görə məğlub olublar
Peskov Əbu-Dabidəki üçtərəfli görüşlə bağlı detalları açıqladı
20:39 04.11.2026
Peskov Əbu-Dabidəki üçtərəfli görüşlə bağlı detalları açıqladı
İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər
20:31 04.11.2026
İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
20:25 04.11.2026
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Abituriyentlərə şad xəbər: Daha bir universitetdə hüquqşünaslıq və tibb ixtisasları açılacaq
20:20 04.11.2026
Abituriyentlərə şad xəbər: Daha bir universitetdə hüquqşünaslıq və tibb ixtisasları açılacaq
“Partiyalara ayrılan vəsait artırılmalıdır” – Arzuxan Əlizadə
20:16 04.11.2026
“Partiyalara ayrılan vəsait artırılmalıdır” – Arzuxan Əlizadə