Turistləri Qəbələyə aparan avtobus qəzaya düşdü: 2 nəfər ölüb, 15-ə yaxın yaralı var

SOSİAL
11:41 26.01.2020
5949

İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM APA-ya istinadən bildirir ki, hadisə bu gün saat 10:30 radələrində Muğanlı-İsmayıllı yolunun Bilzan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakıdan Qəbələyə turistləri aparan "Mercedes-Benz" markalı sərnişin mikroavtobusu "VAZ 2106" markalı minik avtomobili ilə toqquşub.

Hadisə zamanı 2 nəfər ölüb, 15-ə yaxın yaralı var. Əraziyə FHN-nin xilasediciləri, polis əməkdaşları və təcili tibbi yardım stansiyasının işçiləri cəlb olunub. Yaralılar İsmayıllı və Şamaxı rayon xəstəxanalarına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR

X Mostbet