'Turizm sahəsində biznes-planların hazırlanması' layihəsinə start verildi

GƏNCLİK
17:20 01.10.2013
1952

Gənclər Turizmi İctimai Birliyi 2008-ci ildə turizm sahəsində təhsil alan və çalışan fəal gənclərin təşəbbüsü ilə yaradılmış və dövlət qeydiyyatına alınmışdır. 

Gənclər Turizmi İctimai Birliyinin məqsədi Gənclər arasında turizmin inkişafına kömək etmək və onların turizmə həvəsinin artırılmasıdır. Bu işin uğurla aparılması üçün biz bu sahədə qabaqcıl ölkələrin təcrübəsini öyrənirik və öyrəndiklərimizin milli səviyyədə yayılmasına və tətbiq edilməsinə çalışırıq. Nəzərdə tutulmuş vəzifələri həyata keçirmək üçün müxtəlif kurslar və seminarlar, dəyirmi masa və görüşlər, sərgilər təşkil edir, konfranslar, xeyriyyə və digər mədəni-kütləvi tədbirlər keçiririk.

Gənclər Turizmi İctimai Birliyi yay aylarında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə "Turizmin inkişafı naminə gənclərin əməkdaşlığı" adlı layihəni həyata keçirmişdir. Həyata keçirilən Layihənin mahiyyəti paytaxt Bakı şəhərində respublikanın turizm potensialı olan regionlarından, o cümlədən paytaxt Bakıdan dəvət olunan universitet tələbələri və universiteti yenicə bitirmiş gənclərin iştirakı turizm sahəsində təlim sessiyasının keçirilməsi, və bununla ölkədə turizmin inkişafında gənclərin rolunun artırılmasına nail olmaq və gənclərin yerli turizmə töhfəsini artırmaqdır. Bununla bərabər layihənin əsas məqsədi turizm sahəsində fəaliyyət göstərən, təhsil alan və çalışan gənclər arasında şəbəkələşməni gücləndirmək və eyni zamanda regionda yaşayan gənclərin turizm sektoruna maraqlarını artırmaq və gənclər turizmi fəaliyyətinə onları stimullaşdırmaqdan və onların turizmin davamlı inkişafına cəlb etməkdən ibarət olmuşdur.

Layihə gənclərin turizm sahəsində biznes biliklərinin artırılması və sahibkarlıq fəaliyyətinə həvəsləndirilməsi istiqamətində mühazirələr təşkil olunmuşdur. Gənclər layihədə iştirak etməklə, turizm sahəsində biznes plan hazırlamağı, sahibkarlıq fəaliyyətinə başlamağı və idarəçiliyin əsaslarını öyrənmişlər. Layihə çərçivəsində iştirakçılar üçün “Turizm sahəsində biznes-planların hazırlanması” mövzusunda da təlim kursları təşkil edilmişdir.

Son zamanlar regionlarda turizm infrastrukurlarının yaradılması istiqamətində uğurlu işlər görülmüşdür. Cənab Prezident İlham Əliyevin turizm potensialı olan regionlara etdiyi səfərlər zamanı, demək olar ki, hər dəfə yeni turizm obyektləri (hotellər, restoranlar, istirahət parkları və s) istifadəyə verilir. Bu da regionlarda yaşayan işsiz gənclərin yeni işlə təmin olunnması üçün böyük imkanlar verir. Regionlarda turizm sferasının mövcud vəziyyəti və əhaliyə göstərilən xidmətlə yaxından tanış olduqdan sonra belə nəticəyə gəlmək mümkündür ki, istirahət mərkəzlərində mövcud olan qiymətlər, o cümlədən göstərilən xidmət səviyyəsi arzuolanan vəziyyətdə deyil. Buna görə də, regionlarda turizm sənayesi üçün gənclər arasında rəqabətə davamlı peşəkar kadrlar hazırlamaq və peşəkarlıqlarını artırmaqla onların məşğulluğunu təmin etmək vacib əhəmiyyət kəsb edir. Buna görə də, Gənclər Turizmi İctimai Birliyi bu istiqamətdə maraqlı layihələrin həyata keçirilməsini davam etdirəcəkdir.

OXŞAR XƏBƏRLƏR