'Turizmin inkişafında gənclərin rolunun artırılması' layihəsi həyata keçirilib

GƏNCLİK
16:30 30.09.2013
2140

Gənclər Turizmi İctimai Birliyi 2008-ci ildə turizm sahəsində təhsil alan və çalışan fəal gənclərin təşəbbüsü ilə yaradılmış və dövlət qeydiyyatına alınmışdır. 

Gənclər Turizmi İctimai Birliyinin məqsədi Gənclər arasında turizmin inkişafına kömək etmək və onların turizmə həvəsinin artırılmasıdır. Bu işin uğurla aparılması üçün biz bu sahədə qabaqcıl ölkələrin təcrübəsini öyrənirik və öyrəndiklərimizin milli səviyyədə yayılmasına və tətbiq edilməsinə çalışırıq. Nəzərdə tutulmuş vəzifələri həyata keçirmək üçün müxtəlif kurslar və seminarlar, dəyirmi masa və görüşlər, sərgilər təşkil edir, konfranslar, xeyriyyə və digər mədəni-kütləvi tədbirlər keçiririk.

Gənclər Turizmi İctimai Birliyi yay aylarında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Turizmin inkişafında gənclərin rolunun artırılması” layihəsini həyata keçirmişdir. Həyata keçirilən layihənin məqsədi turizm sənayesi üçün gənclər arasından rəqabətə davamlı peşəkar kadrlar hazırlamaq və peşəkarlıqlarını artırmaqla onların məşğulluğunu təmin etmək, eləcə də bu sahədə gənclər arasında sahibkarlığın ikişafına dəstək olmaqdır.Layihə çərçivəsində gənclər üçün turizmin müxtəlif xidmət sahələri üzrə təlimlər təşkil olunmuşdur. Təlimlərdə iştirak edən gənclər təcrübəli təlimçilər tərəfindən əldə etdikləri bilik və bacarıqlar əsasında müxtəlif turizm müəssisələrində işləmək və turizm sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün imkanlar əldə edə bilmişlər.

Layihədə əsasən turizm ixtisasında təhsil alan tələbələr iştirak etdiyindən, eyni zamanda layihə turizm ixtisasında təhsil alan tələbələrlə arasında təcrübə mübadiləsi xarakterini də daşımışdır. Layihə eyni zamanda onların yerli turizm agentlikləri, turizm şirkətləri, və təcrübəli turizm sahəsində çalışan mütəxəssislərlə bir araya gətirmişdir. Layihə nəinki gənclərə dəyərli biliklər əldə etmək imkanı yaratmış, həmçinin iştirakçılar əldə etdikləri bilikləri təcrübədən keçirmək şansına nail olmuşlar. Treninqlər ümumi turizm, otel menecmenti, müştəri xidmətləri üzrə marketinq və digər dəyərli təlimləri özündə birləşdirərək iştirakçıların böyük marağına səbəb olmuşdur. Layihənin sonunda isə gənclər sertifikatla təltif olunmuş və CV-ləri yerli turizm şirkətləri, təşkilatları və otellərə göndərilmişdir.

Keçirilən layihə çərçivəsində müxtəlif zaman kəsiyində bir neçə dəfə təlim proqramları keçirilmiş və Azərbaycanın 20-dan çox regionundan iştirakçılar cəlb olunmuşdur. Bu layihənin növbəti illərdə Azərbaycanın digər regionlarında da icra edilməsi tərəfimizdən planlaşdırılır. Bu o deməkdir ki, regionlarda yüzlərlə turizmə marağı olan gənclər vardır, eləcə də onlar bu təlim sessiyalarında iştirak etmək hüququ və bu sahədə yeni informasiyalar əldə etmək imkanı qazanacaqlar.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ukraynada keşiş 3 nəfəri güllələyib
19:38 16.10.2026
Ukraynada keşiş 3 nəfəri güllələyib
Qazaxıstanda zəhərli hörümçək udan körpə qız komaya düşdü
19:26 16.10.2026
Qazaxıstanda zəhərli hörümçək udan körpə qız komaya düşdü
Rusiyanın Koqalım şəhərinin aeroportu ilk dəfə dron təhlükəsinə görə bağlanıb
19:13 16.10.2026
Rusiyanın Koqalım şəhərinin aeroportu ilk dəfə dron təhlükəsinə görə bağlanıb
Lukaşenko Belarusda xalq könüllü müdafiə dəstələrinin sayını artırmağı tapşırıb
18:55 16.10.2026
Lukaşenko Belarusda xalq könüllü müdafiə dəstələrinin sayını artırmağı tapşırıb
Novak: ABŞ-a dizel tədarükü ilə bağlı bütün məsələlər artıq həll edilib
18:40 16.10.2026
Novak: ABŞ-a dizel tədarükü ilə bağlı bütün məsələlər artıq həll edilib
Polşa XİN rəhbəri: Ötən ilin yanvarından ABŞ Ukraynanın müdafiəsinə bir sent də xərcləməyib
18:30 16.10.2026
Polşa XİN rəhbəri: Ötən ilin yanvarından ABŞ Ukraynanın müdafiəsinə bir sent də xərcləməyib
Peskov Zelenskini məsuliyyəti öz üzərinə götürməməkdə ittiham edib
18:16 16.10.2026
Peskov Zelenskini məsuliyyəti öz üzərinə götürməməkdə ittiham edib
İsmayıllıda ağır qəza: Sürücü öldü, sərnişinlər yaralandı
17:51 16.10.2026
İsmayıllıda ağır qəza: Sürücü öldü, sərnişinlər yaralandı
Prezident sərəncam imzaladı
17:27 16.10.2026
Prezident sərəncam imzaladı
Pezeşkian: “ABŞ güc tətbiq etmək əvəzinə, dialoqa üstünlük versə, daha yaxşı olar”
17:16 16.10.2026
Pezeşkian: “ABŞ güc tətbiq etmək əvəzinə, dialoqa üstünlük versə, daha yaxşı olar”
Zelenski: Ukrayna ABŞ-la yeni görüş barədə danışıqlar aparır
17:12 16.10.2026
Zelenski: Ukrayna ABŞ-la yeni görüş barədə danışıqlar aparır
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
16:57 16.10.2026
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?
16:46 16.10.2026
Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?
“Gənclər daha gec yaşlarda evlənməyə qərar verirlər” – Fazil Mustafa
16:37 16.10.2026
“Gənclər daha gec yaşlarda evlənməyə qərar verirlər” – Fazil Mustafa
Əl və ayaqlarda keyimə ciddi xəstəliklərin xəbərçisi ola bilər – Həkimlərdən xəbərdarlıq
16:34 16.10.2026
Əl və ayaqlarda keyimə ciddi xəstəliklərin xəbərçisi ola bilər – Həkimlərdən xəbərdarlıq
Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi
16:11 16.10.2026
Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi