Türk aparıcı Sarkoziyə fransızca müraciət etdi (VİDEO)

Türk aparıcı Sarkoziyə fransızca müraciət etdi (VİDEO)
Bütün Xəbərlər
16:00 24.01.2012
2022
Türkiyənin özəl telekanallarından birinin xəbər aparıcısı Fransa senatında qondarma “erməni soyqırımını” inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin qəbul edilməsinə qeyri-adi üsulla etiraz edib. Ölkənin tanınmış jurnalist-yazıçısı Mehmet Əli Birand Sarkoziyə ürək sözlərini əvvəl türkcə daha sonra fransızca deyib:“Bu qanun Fransa prezidenti Sarkozinin şəxsi səyləri ilə qəbul ediləcək. Ermənilərin səslərini almağa istiqamətlənmiş siyasi bir qanundur. Sarkozi öz ölkəsindəki türk əslli on minlərlə vətəndaşını və 75 milyonluq bir ölkəni itirəcəyinin fərqüində deyil. Təəssüf ki, Sarkozinin adı Fransa tarixinin böyük simalarından olan De Qolla çəkilməyəcək. Bu ekranlardan neçə-neçə insanlar Sarkoziyə türkcə müraciət etdilər. Prezident bu müraciətlərə “fransız” (etinasız) qaldı. Gəlin ona bir dəfə də fransızca müraciət edək, nə deyirsiniz? Bəlk də çox gec olmadan eşidər”.“Cənb prezident, bu qanun bəlkə də sizə ermənilərin verəcəyi səsi qazandıracaq. Ancaq yaddan çıxarmayın ki, bu qanunla sizə səs verəcək on minlərlə Fransa vətəndaşı türkü və 75 milyonluq ölkəni itirirsiniz. Təəssüf ki, Fransa tarixi sizi De Qolla eyni sıraya qoymayacaq”.
OXŞAR XƏBƏRLƏR