Şimali Kipr Türk Respublikasının (Quzey Kıprıs Türk Cümhuriyyəti) adının 2012-ci ildə dəyişdirilməsi gözlənilir.
AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Şimali Kipr Türk Respublikasının başçısı Dərviş Əroğlu yeni Konstitusiyanın qəbulunun ardından ölkənin adının, "Şimali Kipr Türk Dövləti" və ya "Kipr Türk Dövləti" ola biləcəyini söyləyib.