Türk dünyasının "Altın Qadın"larından Binəli Yıldırıma özəl təltif - FOTO

Türk dünyasının "Altın Qadın"larından Binəli Yıldırıma özəl təltif - FOTO
SOSİAL
15:23 05.11.2022
149
Türk Dünyası Qadın Platforması (TÜRKAP) digərləri üçün rol-model olmağı bacaran və ilhamverici həyat hekayəsi olan 33 qadına beynəlxalq "Altın Kadın” mükafatını təqdim edib. Azərbaycanın Vətən müharibəsində qazandığı şanlı zəfərin ildönümü münasibəti ilə keçirilən tədbirdə "Qadınların rolu hər sahədə artdıqca biz tərəqqi yolunda daha sürətlə irəliləyəcəyik” deyən və TÜRKAP fəaliyyətə başlarkən, dəstək verən Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım özəl təltif olunub. Binəli Yıldrlma ünvanlanan təşəkkür plaketi TDT Ağsaqqallar Şurasının üzvü Həsən Həsənova təqdim edilib. Həsən Həsənov təşəkkürünü bildirərək, Binəli Yıldırımın Türk dünyasında qarşılıqlı əlaqələrin möhkəmləsində xüsusi rolunu və verdiyi töhfələri vurğulayıb. Həsən Həsənov Binəli Yıldırıma bir müddət öncə keçirdiyi qəzadan dolayı şəfa diləklərini ifadə edib.
 

 


OXŞAR XƏBƏRLƏR