"Türk Dövlətləri gənclərinin beynəlxalq forumu” keçirildi - FOTOLAR

GƏNCLİK
16:58 15.11.2023
1466
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə 15 noyabr tarixində Bakı Konqres Mərkəzində 150 gəncin iştirakı ilə "Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan Türk Dövlətləri gənclərinin beynəlxalq forumu” keçirilib.

AZXEBER.COM xəbər verir ki, 2023-cü il "Heydər Əliyev ili” çərçivəsində Türk Dövlətləri Birliyinə daxil olan ölkələrin tələbə gəncləri arasında mədəni və sosial əlaqələrin möhkəmləndirilməsi, birgə fəaliyyətin təmini, türk dövlətləri gəncləri arasında əlaqələrin inkişafında gənclər təşkilatlarının rolunun artırılması məqsədi ilə təşkil edilən forum Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və vətən uğrunda canından keçmiş şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başlayıb. 

Forumun açılış mərasimində Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov çıxış edərək Türk Dövlətləri gəncləri arasında əməkdaşlıq imkanlarının genişlədirilməsi, şəbəkələşmə fəaliyyətlərinin artırılması və gələcək perspektivlərin əhəmiyyətini müzakirə edərək birlik və bərabərliyin ortaq güc naminə vacibliyini xüsusi vurğulayıblar.
 
Qonaqlar çıxışlarında Ümummilli Lider Heydər Əliyevin hələ 1994-cü ildə dövlət başçılarının İstanbul sammitində Türk Dövlətlərinin  əlaqələrinin inkişafına, türk xalqlarının birliyinə xüsusi önəm verərək bildirdiyi "Bizim əməkdaşlığımız zamanın hökmüdür. Bizim əməkdaşlığımız xalqlarımızın, ölkələrimizin tarixi kökləri, əsrlər boyu toplanmış adət-ənənələrinin birliyi, dil birliyi və fəaliyyət birliyi əsasında qurulub. Bu çox böyük əsasdır və biz  bu imkanlardan səmərəli istifadə etməliyik” fikrini xatırladaraq günümüzdə əldə edilən uğurların Ulu Öndərin əsasını qoyduğu uzaqgörən siyasətə dayandığını dilə gətiriblər. Bu siyasətin davamı olaraq  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin əsas tərkib hissəsinə çevrilən türk dövlətləri ilə sıx siyasi, iqtisadi, mədəni inkişafa yönəlik fəaliyyətin ölkə gəncləri üçün müasir önəmli çağırış olması ilə yanaşı atılacaq gələcək addımların müəyyənləşdirilməsi istiqamətində də əhəmiyyətli rol oynadığını ifadə ediblər. 

Forum Türk Dövlətləri ölkələri gənclərinin çıxışları ilə davam edib. Tədbirin rəsmi hissəsindən sonra "Ümummilli Lider Heydər Əliyevin Türk Birliyinin möhkəmləndirilməsində rolu" mövzusunda panel müzakirə keçirilib.  ATGTİ-nin sədri Pərviz Mirələmlinin moderatorluğu ilə təşkil edilən panel müzakirədə panelçilər qismində Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev və Azərbaycan Respublikasının sabiq Baş naziri və xarici işlər naziri Həsən Həsənov, NAYORA-nın sədri Azər Əliyev, DAVAM Gənclər Hərəkatının sədri Nihad Allahyarlı, Dünya Gənc Türk Yazarlar Birliyinin sədri İntiqam Yaşar çıxış ediblər. Panel müzakirə sual-cavab sessiyası ilə davam edib.     
                                                                                      
Tədbirin bədii hissəsində gənc istedadlar "Sarı Gəlin", "Qarabağ Şikəstəsi" və digər musiqi nömrələri ilə çıxışlar ediblər. 

Tədbir xatirə fotosunun çəkilişi ilə başa çatıb.
 

 

 

 

 

 

 

 

 

 





 




OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb