Türk Hava Yolları (THY) və Fatih Çekirgəyə - MƏKTUB

Türk Hava Yolları (THY) və Fatih Çekirgəyə - MƏKTUB
Bütün Xəbərlər
12:09 17.08.2012
2113

Son günlərin ən actual məsələsi Türkiyənin “Hürriyet” qəzetinin yazarı Fatih Çekirgənin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov haqqında yazdığı köşə və Cabbarovun ona cavabıdır. Çox təəsüf ki, Çəkirgə hələ də təkzib məktubunu dərc etdirməyib. Məsələylə bağlı AZXEBER.COM-a oxucu məktubu daxil olub. Azərbaycan vətəndaşı Rəhman Fəttahdab gələn məktubu olduğu kimi təqdim edirik. Düşünürük ki, bu yazıdan sonra Fatih bəyi daha yaxından tanıyacaqsız.

Gərək bir az obyektiv olaq, kimliyindən aslı olmayaraq. Mən Türk Hava Yolları ( THY )-nin xidmətindən vaxtilə Balkan ölkələrinə uçan zaman istifadə etmişəm. Həmin vaxt İstanbulda çatanda THY-nin əməkdaşları tranzit kimi məni biletim üzrə Vyanaya yola salmalı idilər ordan da Srayevaya uçacaqdım. Dedilər səni direkt (yəni birbaşa) Sarayevaya yola salacağıq. Əvvəl etiraz etdim, dedim menim biletim tranzit olaraq Vyanayadır, ordan da Sarayevaya.
Dedilər yox ki, yox. Gördüm ki, imkan yoxdur, dedim yaxşı göndərin birbaşa Sarayevaya. Sizcə THY işçiləri cavabında nə desələr yaxşıdır? Dedilər bilet al. Belə deyendə tüstüm təpəmdən çıxdı. Dedim əlimdə qiyməti ödənilmiş bilet Bakı-İstatbul-Vyana-Sarayeva ola ola yenidən bilet almalıyam? Mənim cibimə pul qoymusunuz ki, hələ əlavə xərc ilə bilet almağa məcbur edirsiniz.

Nə isə gördüm vaxt gedir sonra bu imkan da çıxacaq ( nə yaxşı ki əlavə pul götürmüşdüm ). Kassaya yaxınlaşdım ən yaxın vaxtda İstanbul -Sarayeva bileti aldım. Qeyd edim ki, kassada dedilər ki, geriyə də bilet al, yəni İstanbul-Sarayeva –Istanbul bu ucuz başa gələr. Dedim yox, geriyə öz əvvəlki biletimlə Vyandan qayıdacağam sizin yanlış, qeyri-qanuni və ədalətsiz olmağınızı sübut etmək üçün. Bu zaman mənə dəyən maddi ziyan bir tərəfə qalsın, mənəvi ziyan üzündən dedimn ki, Bakıya qayıdan kimi THY-ni məhkəməyə verib, internetdə bu barədə məlumat versəm bəlkə özümə gələ bilərəm. Sarayevaya çatanda və geriyə öz əvvəlki biletimlə Vyanadan qayıdanda BHS ( Bosniya Hava yolları) və Avstriya Hava Yollarında mənim başıma gətirilən bu olay barədə aidiyyatı üzrə sorğu verəndə bilrsinizmi onlar THY barədə nə dedilər? Türkiyə dövlətinə hörmət edərək THY-nın bəzi əməkdaşları haqqında deyilənləri burda açıqlamıram. Elə bu sözlərdən sonra o THY-nı əhkəməyə vermədim ( THY-nın qeyri kompitent hərəkətləri nəticəsində dəymiş maddi və mənəvi ziyana görə )

Nə isə qayıdanda öz əvvəlki biletimlə Sarayeva-Vyana-İstanbul-Bakı reysi ilə vətənə döndüm. Bu insidentdən sonra özümə söz verdim ki, bir daha İstanbula gedəndə bütün orada xidmət ( bura hotel, iaşə xidmətləri də daxildir) personalı ilə türk və ya azəri dilində danışmayım. Və belə də etdim və başım da ağrımadı.

Nə isə, gələk Fatih Çekirgə məsələsinə. Onun haqda məni bir şey maraqlandırır. Fatih bət, İstanbulda mənim başıma gələn və bütün dünyada THY-nın imicinə zərər gətirəcək olay barədə qəzetə yazı verərdinizmi? Bu sizin başınıza gəlsəydi , bəlkə hirsinizdən bütün dünyaya səs salardınız. Əgər sensasiya dalınca qaçırsınızsa sizə başıma gələn təfərrütları sübut və sənədləri ilə sizə təqdim edə bilərəm. Həmin məqaləni olduğu kimi yazsaniz bir çoxları özünü orda tapacaq. Ona görə də yazı yazanda yazar etikasına riayət etməniz məsləhətdir. Həmin etika isə qərəzsizliyi, obyektivliliyi, səhihliyi və ədalətliliyi tələb edir . Təəssüf ki qarşı tərəfin cavabı sizen bu etik tələblərə cavab verə bilməmənizi üzə çıxardı baxmayaraq ki, belə bir məsuliyyəti götürmüsünüz və journalist kimi bu sizing borcunuzdur.

Mən şəxsən üzləşdiyim hadisəni ərz elədim. Bunun səhihliyini mənim verəbiləcəyim detallar ilə ( hadisənin tarixi , biletlər və s. üzrə ) Fatih Çekirgen asanlıqla yoxlaya bilər. Ancaq yoxlama işi bir az əziyyət tələb edir. O da var ki, Fatih Çekirgen adəti üzrə bu son olaydaki kimi yoxlamadan da köşə yaza bilər. Adət yaman şeydir çətin islah olur. Ancaq ümid edirəm ki, bu son olay ona öz seçdiyi peşəyə daha məsuliyyətlə yanaşmağa sövq edəcək. 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"İlham Əliyevin liderliyində uzanan qardaşlıq əli Kahramanmaraşın bağrına möhür vurub"
17:28 19.06.2025
"İlham Əliyevin liderliyində uzanan qardaşlıq əli Kahramanmaraşın bağrına möhür vurub"
Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq
17:23 19.06.2025
Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq
"Türkiyənin üzləşdiyi faciədə Azərbaycan xalqının göstərdiyi dəstək unudulmayacaq"
17:09 19.06.2025
"Türkiyənin üzləşdiyi faciədə Azərbaycan xalqının göstərdiyi dəstək unudulmayacaq"
Adanada yanğınsöndürmə təyyarəsi qəzaya uğradı, 2 pilot xilas edildi
16:46 19.06.2025
Adanada yanğınsöndürmə təyyarəsi qəzaya uğradı, 2 pilot xilas edildi
Nəcməddin Sadıkovun dindirilməsi istənilib - “Şlyapa Zahid”in məhkəməsi
16:45 19.06.2025
Nəcməddin Sadıkovun dindirilməsi istənilib - “Şlyapa Zahid”in məhkəməsi
“Azərbaycan Məhəlləsi”nin açılış mərasimi keçirilir - Canlı
16:41 19.06.2025
“Azərbaycan Məhəlləsi”nin açılış mərasimi keçirilir - Canlı
"Qısa müddətdə on minlərlə insanın yeni mənzillərlə təmin olunması güclü Türkiyənin təzahürüdür"
16:36 19.06.2025
"Qısa müddətdə on minlərlə insanın yeni mənzillərlə təmin olunması güclü Türkiyənin təzahürüdür"
Güvən verməyən 4 BÜRC
16:32 19.06.2025
Güvən verməyən 4 BÜRC
“Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin Ümumi Yığıncağının keçirilmə tarixi müəyyənləşdi
16:30 19.06.2025
“Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin Ümumi Yığıncağının keçirilmə tarixi müəyyənləşdi
Ali Yerlikaya: Türkiyə üçün Qarabağ nədirsə, Azərbaycan üçün də Kahramanmaraş odur
16:22 19.06.2025
Ali Yerlikaya: Türkiyə üçün Qarabağ nədirsə, Azərbaycan üçün də Kahramanmaraş odur
Kahramanmaraşda Azərbaycan və Türkiyə prezidentlərinin görüşü oldu
16:12 19.06.2025
Kahramanmaraşda Azərbaycan və Türkiyə prezidentlərinin görüşü oldu
Finlandiya Ottava müqaviləsindən çıxır
16:05 19.06.2025
Finlandiya Ottava müqaviləsindən çıxır
“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib - Fotolar
15:53 19.06.2025
“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib - Fotolar
İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib
15:36 19.06.2025
İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib
Rusiya XİN: 550-ə yaxın vətəndaşımız İrandan Azərbaycan və Ermənistan vasitəsilə təxliyə edilib
15:32 19.06.2025
Rusiya XİN: 550-ə yaxın vətəndaşımız İrandan Azərbaycan və Ermənistan vasitəsilə təxliyə edilib
Paşinyan Minskdəki Aİİ sammitinə getməyəcək
15:13 19.06.2025
Paşinyan Minskdəki Aİİ sammitinə getməyəcək