Türk həkimlər dünyada "İlin adamı" seçildi - FOTO

SAĞLAMLIQ
15:29 16.12.2020
1125
"The Financial Times” qəzeti Almaniyada yaşayan türk əsilli həkimlər Özlem Tureçi və Uğur Şahini 2020-ci ilin adamı elan edib. 

AZXEBER.COM xəbər verir ki, onların həmtəsisçiləri olduğu BioNTech şirkəti koronavirusa qarşı vaksinin hazırlanmasında mühüm rol oynayıb.

BioNTech ABŞ-ın Pfizer şirkəti ilə birlikdə Covid-19-a qarşı Qərbdə ilk təsdiqlənmiş vaksini hazırlayıb.

Klinik sınaqlar zamanı vaksin altı ölkədə 22 mindən çox şəxsə vurulub. Ancaq Uğur Şahin yenə də ötən həftə Britaniyada vurulmağa başlayanda əsəb keçirdiklərini deyir, çünki "insanların sınaqdan kənar, real dünyada ilk dəfə peyvənd olunması ayrı şeydir”.
 

 


OXŞAR XƏBƏRLƏR