Türk lirəsi ucuzlaşsa da Bakıda satılan Türkiyə malları niyə ucuzlaşmır? - VİDEO

Türk lirəsi ucuzlaşsa da Bakıda satılan Türkiyə malları niyə ucuzlaşmır? - VİDEO
SOSİAL
10:02 02.12.2021
348
Ötən 10 ayda türk lirəsi təxminən 2 dəfə ucuzlaşıb. Bu, ölkəmizdə satılan Türkiyə məhsullarının qiymətinə necə təsir edib? Alcılar və satıcılarla bu suallara cavab tapmağa çalışmışıq.

AZXEBER.COM xəbər verir ki, ötən 10 ayda türk lirəsi təxminən 2 dəfə ucuzlaşıb .

Lakin türk lirəsinin ucuzlaşması ölkəmizdə satılan türk məhsullarının qiymətinə təsir etməyib.

Satıcılar bunun səbəbini müxtəlif cür izah edirlər.

İqtisadçı-ekspert Rəşad Həsənov "Xəzər Xəbər"ə deyib ki, Türkiyədə milli valyutanın ucuzlaşması oradan idxal olunan məhsulların qiymətinə təsir edir. Ancaq alqı-satqı üçüncü bir ölkənin valyutası ilə aparılarsa, bunun əksi müşahidə ediləcək.

Bəzi ölkələr bilərəkdən öz milli valyutalarını ucuzlaşdıraraq , onların istehsal etdiyi məhsulların xarici bazarlarda daha rəqabətli, daha optimal qiymətə təklif olunması üçün şərait yaradırlar deyə Rəşad Həsənov əlavə edib.
 

OXŞAR XƏBƏRLƏR