AZXEBER.COM-un məlumatına görə, bu barədə Trend Life müğənni qonağın vətənimizə ilk gəlişində yaxından iştirak edən türkiyəli prodüserKemal Cenk İçten məlumat verib. "İstanbulda fəaliyyət göstərən "Akkaya production" musiqi şirkəti ilə yaradıcılıq əməkdaşlığında olan Ozan Orhon birinci dəfə idi Azərbaycana təşrif buyururdu. Yaxın dostum, türkiyəli prodüser Ahmet Akkaya, prodüser Roland Bayramovun təşəbbüsü Orhonun konsertini təşkil etdi. Dünənki konsertdən həm tamaşaçılar, həm də müğənninin özü məmnun qaldı. Azərbaycan tamaşaçılarının səmimiyyətinə heyran olan müğənni söz verdi ki, yaxın aylarda yenidən Bakıya gəlmək niyyətindədir. Fürsətdən istifadə edib, bugün də tamaşaçıları Hövsanda yerləşən dəniz kənarı restorana dəvət edirik. Çünki Ozan Orhon 22 oktyabr tarixində də səhnədə fərqli performans nümayiş etdirəcək" - Cenk bəy belə dedi.