Türk nazir İbad Hüseynovla görüşdü

SİYASƏT
02:42 20.11.2015
1878

Bu gün Türkiyə Respublikasının Mədəniyyət Turizim nazirliyində Türkiyə Respublikasının müvəqqəti hökumətin Mədəniyyət və Turizim naziri Yalçın Topçu Azərbaycanın və türk dünyasının qəhraman oğlu Ubad Hüseynovla görüşüb.

Görüşdə nazir Yalçın Topçu İbad hüseynovun Qarabağ müharibəsində göstərmiş olduğu qəhramanlıqlar haqqında, Qarabağda ASALA erməni terror təşkilatının liderlərindən olan, beynəlxalq terrorçu AVO ləqəbli Monte Melkonyanın məhz onun tərəfindən öldürüldüyü barəsində geniş məlumata malik olduğunu qeyd edib. Nazir eyni zamanda onu da bildirib ki, bu gün qardaş Azərbaycan dövətinin rəhbərliyində olan liderlər kimi, Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın,baş nazir Əhməd Davudoğlunun da ona sayğı və hörmətinin sonsuz olduğunu çatdırıb.

Yalçın Topçu bildirib ki, İbad türk diplomatların qətlində birbaşa iştirak etmiş beynəlxalq terrorçu AVO ləqəbli Monte Melkonyanı öldürməklə qətlə yetrilmiş diplomatlarımızın qisasında alıb.

"Türkiyə Respublikası rəhbərliyi və türk xal İbad Hüsrunovun göstərmiş olduğu qəhramanlıqları əsas tutaraq ona Türkiyə Respublikasının vətəndaşlığını vermək istəyir”.

Görüşdə İbad Hüseynov nazir Yalçın Topçuya ona göstərmiş olduqları yüksək diqqətə və ehtirama görə öz təşəkkürün çatdırıb və bildirib ki, Azərbaycan türkü olaraq qardaş Türkiyə Respublikasının prezidenti vəTürkiyə Respublikasının baş naziri Əhməd Davudoğlundan özünə qarşı daima diqqət və qayğı göstərilib.

"Əgər Azərbaycan Respublikasının Konustitusiyasında ikili vətəndaşlıqla bağlı müəyyən imtiyazlar olsaydı məmuniyyətlə qardaş Türkiyə Respublikasının vətəndaşlığını qəbul edərdim. Mən doğulduğum canımla-qanımla bağlı olduğum Azərbaycanımı, Vətənimi çox sevirəm.Mən hər zaman demişəm,bu gün də deyirəm : "Müasir Azərbaycanımızın qurucusu və memarı,ulu öndərimiz Heydər Əliyevin əsgəri olmuşam.Bu gün də Azərbaycanımızın prezidenti,Ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı,Ali Baş Komandanım İlham Əliyevin əsgəriyəm.Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı”.

OXŞAR XƏBƏRLƏR