Türkiyə hərbi qüvvələri "Fırtına" özüyeriyən topları ilə terrorçu İŞİD qruplaşmasının Suriyanın şimalındaki sığınacaqlarını bombardman edib.
AZXEBER.COM-un"Hürriyet" qəzetinə istinadən verdiyi xəbərə görə, terrorçulara məxsus 5 hədəfə 50-dən çox mərmi atılıb.
Əməliyyatdan bir neçə saat əvvəl Suriyadan atılan top mərmiləri Türkiyənin bu ölkə ilə sərhədində yerləşən Kilis rayonunun mərkəzinə düşüb. Nəticədə biri uşaq, iki nəfər həlak olub. Bir uşaq yaralanıb.