Türk valiyə Azərbaycan bayrağı hədiyyə edildi

GƏNCLİK
18:25 26.11.2014
2022
Türkiyədə bir qrup azərbaycanlı tələbə təhsil aldıqları Kahramanmaraş şəhərinin valisi Mustafa Hakan Güvençeri ziyarət ediblər. 
AZXEBER.COM-un məlumatına görə, vali ilə tanış olan tələbələr şəhərin inzibati rəhbərinə öz problemlərindən danışıblar.“Kahramanmaraş Azərbaycan Mədəniyyət və Həmrəylik” qrupunun rəhbəri Tural Şahbazlı valinin onları yaxşı qarşıladığını və onların problemi ilə maraqlandığını deyib.“Əlbətdə biz eyni ağacın budaqlarıyıq. Hər nə qədər köklərimiz eyni olsa da bəzi fərqliliklərimiz var. Amma buna öyrəşmək çox vaxt aparmır. Biz burda təhsil alan azərbaycanlı tələbələrlə Azərbaycanı Kahramanmaraşda tanıtdığımız qədər, Azərbaycanda da Kahramanmaraşı tanıdırıq. Bu fəaliyyətlərimiz inşallah bundan sonra da davam edəcək. Bu gün cənab valini ziyarət etdik. Sağolsun, bizi yaxşı qarşıladı və problemlərimizi qeyd etdi.Vali Mustafa Hakan Güvençer isə tələbələrin ziyarətinə görə çox məmnun olduğunu deyib.“Bizlər bir millət, iki dövlətik. Tələbə dostlarımızı dinlədim və problemlərini qeyd etdim. İnşallah əlimdən gələni edəcəyəm”.Ziyarətin sonunda tələbələr valiyə üstündə Qız Qalasının şəkli olan xalça və Azərbaycan bayrağı hədiyyə ediblər.

OXŞAR XƏBƏRLƏR