"Türkan Vəlizadə gecə klubunda" başlığı ilə yayılan video qısa müddətdə populyarlıq qazanıb.
Müğənni Türkan Vəlizadənin meneceri video ilə bağlı AZXEBER.COM-a açıqlama verib.
O, deyib ki, çəkilən video gecə klubunda deyil:
"Bəli, videodakı şəxs Türkan xanımdır, amma bura gecə klubu deyil. Video Dərya Uluğun Bodrumdakı konserti zamanı çəkilib. 300 nəfərlik konsert zalıdır. Burada şişirdiləcək və qeyri-adi qəbul ediləcək heç bir şey yoxdur. Konsertə getmək, əylənmək, canlı ifalara qulaq asmaq günahdır?”.
Həmin videonu təqdim edirik:
Ayşən Mirzəyeva