TURKEDU-nun İTU ilə sertifikat proqramı uğurla başa çatdı - FOTOLAR

TURKEDU-nun İTU ilə sertifikat proqramı uğurla başa çatdı - FOTOLAR
SOSİAL
23:51 23.11.2026
116
TURKEDU AZƏRBAYCAN VƏ İSTANBUL TİCARƏT UNİVERSİTETİNİN BİRGƏ TƏŞKİL ETDİYİ SERTİFİKAT PROQRAMI UĞURLA BAŞA ÇATIB

Bakıda TURKEDU Azərbaycan və İstanbul Ticarət Universitetinin birgə təşkilatçılığı ilə Azərbaycan təhsil işçiləri üçün nəzərdə tutulmuş "XXI Əsr Mütəxəssislik Sertifikat Proqramı” uğurla başa çatıb.

Təhsil işçilərinin peşəkar inkişafına, müasir bilik və bacarıqlarının artırılmasına xidmət edən proqram 6 moduldan ibarət olub. Təlimin ilk 5 modulu onlayn formatda, sonuncu – 6-cı modulu isə Bakıda üzbəüz formatda keçirilib.

Proqramın yekun təlimi və bağlanış mərasimi İstanbul Ticarət Universitetinin rektoru Prof. Dr. Necip Şimşekin iştirakı ilə baş tutub.

Təlim proqramı çərçivəsində iştirakçılar planlı çalışma və uğura gedən yol, təhsildə süni intellektdən istifadə, kritik və analitik düşünmə, aktiv öyrənmə strategiyaları, liderlik və sosial təsir, komandaların qurulması və idarə olunması kimi aktual mövzularda biliklər əldə ediblər.

Proqramın sonunda iştirakçılar üçün qiymətləndirmə imtahanı təşkil olunub. İmtahanda 70 və daha yüksək bal toplayan iştirakçılar İxtisaslaşma (Uzmanlıq) Sertifikatı əldə etmək hüququ qazanıblar.

Bu layihə Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əməkdaşlığın inkişafı, beynəlxalq akademik təcrübənin paylaşılması və Azərbaycan təhsil işçilərinin peşəkar inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

TURKEDU Azərbaycan olaraq, gələcəyin təhsilinə töhfə vermək, beynəlxalq universitetlərlə əməkdaşlığı genişləndirmək və Azərbaycan təhsil işçilərinə yeni imkanlar yaratmaq istiqamətində fəaliyyətimizi davam etdiririk.
 







OXŞAR XƏBƏRLƏR