“Türkel TV” peyk yayımına çıxdı

“Türkel TV” peyk yayımına çıxdı
MEDİA
12:14 11.04.2015
2013

Cənubi Qafqazın ilk xəbər kanalı “Türkel TV” (TTV) peyk yayımına çıxdı.

AZXEBER.COM xəbər verir ki, aprelin 10-da Milli Televiziya və Radio Şurasında “Türkel TV” MMC-nin peyk yayımı üçün xüsusi razılıq (lisenziya) verilməsi barədə müraciətinə baxılıb və TTV-yə peyk yayımı üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar qəbul edilib.

Beləliklə, Azərbaycan tamaşaçısı bir kanaldan günün 24 saatını xəbər izləmək imkanı əldə edir.

TTV-ni Azərkosmosda 110 24 12 698 VER tezliyində izləyə bilərsiniz.

OXŞAR XƏBƏRLƏR