Türkiyə 2024-cü ilin 3-cü rübünü turizm sahəsində rekord nəticələrlə bağlayır

MARAQLI
13:40 04.11.2024
3218
Türkiyə 2024-cü ilin ilk doqquz ayında 49.2 milyon ziyarətçini qəbul edib və 46.9 milyard ABŞ dolları turizm gəliri toplayıb. Türkiyənin ziyarətçi sayında illik artım 9%, gəlirlər isə 7% artıb. Türkiyə  bütün zamanların turizm rekordunu qıraraq, ilin sonuna qədər 60 milyon turist qəbul edəcək.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi İstanbulda keçirilən mətbuat konfransında 2024-cü ilin 3-cü rübündəki turizm nəticələrini açıqlayıb.

Mədəniyyət və Turizm Nazir Mehmet Nuri Ersoy, 2024-cü ilin ilk doqquz ayında Türkiyəyə gələn ziyarətçi sayının illik 9% artaraq 49.2 milyon nəfərə çatdığını bildirib.

Eyni dövrdə Türkiyənin turizm gəlirləri 7% artaraq 46.9 milyard ABŞ dollarına yüksəlib. Turistlərin gündəlik orta xərcləmələri 107 ABŞ dolları olub. "İlk 9 ayda əldə etdiyimiz nəticələr, Türkiyə Cümhuriyyətinin tarixində ən yüksək nəticələrdir, buna görə də, il sonu hədəfimizi 61 milyon turistə qədər artırırıq” – deyə Mehmet Nuri Ersoy qeyd edib.
 
Türkiyənin ən böyük metropolisi İstanbul, 2024-cü ilin ilk doqquz ayında 14 milyondan çox turist qəbul edib. 7% artım əldə edən İstanbulun ən iri turistik mərkəzləri, Tarixi Yarımada, Taksim, Karaköy bölgələri və şəhərin Avropa və Asiya tərəflərindəki Boğaz xətti, Amerika, Avropa, Afrika, Avstraliya və Asiya qitələrindən olan ziyarətçiləri qonaqlayıb. "Türkiyənin turizm paytaxtı” olaraq tanınan Antalya isə 13.3 milyondan çox ziyarətçini qəbul edərək, şərqi Aralıq dənizindəki liderliyini qoruyub saxlayıb.
 
Türkiyənin ən böyük bazarları davamlı artım göstərdi.

Türkiyə ən çox Rusiya, Almaniya və Böyük Britaniyadan turistlər gəlib. Turistlərin Antalya, İstanbul, İzmir və Muğla kimi əsas turizm mərkəzlərinə axın etməsi il sonuna qədər davam edəcək.

2024-cü ilin yanvar-sentyabr ayları arasında 5.5 milyon Rusiyalı turist  istirahət üçün Türkiyəni seçib. Bu isə keçən ilin müvafiq dövrü ilə müqayisədə  6% artım deməkdir. Eyni dövrdə alman turistlərin sayı 5.2 milyonu keçib və bu da  keçən ilin müvafiq dövrü ilə müqayisədə 6% artım deməkdir. Həmçinin Türkiyəyə  ən çox üçüncü turist göndərən  Böyük Britaniyadır. Bu isə  keçən ilin müvafiq dövrü ilə müqayisədə isə Böyük Britaniyadan gələn turistlərin sayında  17% artım olub.
 
İlin ilk doqquz ayında 3.7 milyon britaniyalı Türkiyəni ziyarət edib. Türkiyə, Çində də əhəmiyyətli bir artım əldə edərək, 312,000-dən çox ziyarətçini qəbul edib ki, bu da keçən illə müqayisədə 84% artım deməkdir. Türkiyəyə gələn ziyarətçilər, ölkənin zəngin mədəni və tarixi irsini, ləzzətli mətbəxini, şəhər təcrübələrini və gözəl mənzərələrini kəşf ediblər.
 

 

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb