Türkiyə açıqlama verdi: ölənlərin sayı 36 nəfərdir - Teraktı İŞİD törədib...

Türkiyə açıqlama verdi: ölənlərin sayı 36 nəfərdir -  Teraktı İŞİD törədib...
DÜNYA
10:41 29.06.2016
2629
Türkiyənin baş naziri Binali Yıldırım Atatürk hava limanında baş verən partlayışla bağlı gecə saatlarında media qarşısında açıqlama verib.
Üzüntülərini dilə gətirən Türkiyə baş naziri deyib ki, ölənlərin sayı 36 nəfərdir. Bundan əlavə, daha 3 ölü də var - terroru həyata keçirən terrorçular. Çox sayda yaralı olduğunu söyləyən, baş nazir deyib ki, ilk şübhələr İŞİD-ə yönəlikdir. Baş nazir qanlı terrora görə bütün türk xalqına, ölənlərin yaxınlarına baş sağlığı verib. O, milləti bir birinə daha sıx kənətləməyə çağırıb.
Baş nazir deyib ki, terrorçular taksi ilə hava limanına gəlmib və eyləmi həyata keçiriblər. Yanlarında silah olub və öncə atəş açıblar, sonra hər üçü özünü partladıb. Yıldırım deyib ki, bu eyləmin qonşularımızla normallaşma sürəcinin başladığı, terrora qarşı mücadilənin gücləndiyi bir zamanda baş verməsi manidardır.
Baş nazir qısa danışıb və bir sıra suallara “təhqiqat gedir”, cavabını verib.
Binali Yıldırım deyib ki, Atatürk Hava limanı artıq uçuşa açılıb.
Baş nazir bildirib ki, qaçan terrorist yoxdur. (Musavat.com)
OXŞAR XƏBƏRLƏR