Türkiyə Avropa Birliyini hədələdi

Türkiyə Avropa Birliyini hədələdi
Bütün Xəbərlər
00:33 17.10.2011
1240

Yunan Kipri 2012-ci ilin iyulunda Avropa Birliyinin sədri olsa, Türkiyə Avropa Birliyinə üzv 27 ölkə ilə münasibətləri donduracaq. “Associated Press” agentliyinin məlumatına görə, bu bəyanatla Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan çıxış edib. Onun sözlərinə görə, Türkiyə “dövlət” adlandırılan yunan Kipri ilə diplomatik əlaqələr qurmaq niyyətində deyil. Çünki rəsmi Ankara onun suveren dövlət kimi tanımır. Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə Kiprin vahid dövlətdə birləşməsinin tərəfdarıdır və yalnız bu halda onun Avropa Birliyinə sədrliyindən danışmaq olar. Rəcəb Tayyib Ərdoğan onu da bəyan edib ki, əgər Nikosiya Aralıq dənizində neft və qaz kəşfiyyatını davam etdirsə, Türkiyə sərt cavab tədbirləri görəcək.

OXŞAR XƏBƏRLƏR