Türkiyə-Azərbaycan Universitetinin rektoru Hacettepe Universitetində görüşlər keçirib

Türkiyə-Azərbaycan Universitetinin rektoru Hacettepe Universitetində görüşlər keçirib
SOSİAL
21:24 05.10.2026
137
Türkiyə-Azərbaycan Universitetinin (TAU) rektoru dos. Nəcibə Nəsibova Türkiyəyə səfəri çərçivəsində Hacettepe Universitetini ziyarət edib. 

Səfər çərçivəsində Nəcibə Nəsibova Hacettepe Universitetinin rektoru prof. Mehmet Cahit Güran, Mühəndislik Fakültəsinin dekanı prof. Halil Vural, Qida Mühəndisliyi kafedrasının müdiri prof. Ali Topcu və professor-müəllim heyəti ilə görüşüb. 

Görüşdə Hacettepe Universitetinin tərəfdaşlığı ilə TAU-da həyata keçirilən Qida mühəndisliyi proqramının tədris imkanlarının genişləndirilməsi, tələbələrin Hacettepe Universitetinin akademik mühitinə daha yaxından inteqrasiyası və universitetin mövcud imkanlarından daha səmərəli istifadə olunması məsələləri müzakirə edilib. 

Bu çərçivədə TAU-ya yeni qəbul olunmuş tələbələrin Hacettepe Universitetinin kampusuna tanışlıq səfərlərinin daha məzmunlu təşkili, təcrübə imkanlarının genişləndirilməsi və tələbələrin digər akademik resurslardan daha geniş faydalanması istiqamətində fikir mübadiləsi aparılıb. 

Müzakirələr zamanı Hacettepe Universitetinin rəhbər və akademik heyətinin TAU tələbələri üçün mühazirələr keçirmək məqsədilə Azərbaycana səfərlərinin daha müntəzəm şəkildə təşkil olunması barədə razılıq əldə edilib. 

Səfər çərçivəsində rektor Nəcibə Nəsibova Hacettepe Universitetinin laboratoriya və auditoriyaları ilə tanış olub, qida mühəndisliyi sahəsində tətbiq olunan müasir elmi və tədris imkanları barədə məlumat alıb. 

Qeyd edək ki, "çətir universitet” modeli əsasında fəaliyyət göstərən Türkiyə-Azərbaycan Universitetində Qida mühəndisliyi proqramı Türkiyənin nüfuzlu ali təhsil müəssisələrindən biri olan Hacettepe Universiteti tərəfindən həyata keçirilir. Hacettepe Universitetinin Qida Mühəndisliyi kafedrası uzun illərdir qida elmi və texnologiyası sahəsində təhsil və elmi-tədqiqat fəaliyyəti həyata keçirir. Ümumilikdə 37 professor-müəllim heyətinin fəaliyyət göstərdiyi kafedrada 6 ümumi və 12 tədqiqat laboratoriyası mövcuddur. Bununla yanaşı, Qida Mühəndisliyi üzrə bakalavr proqramı MÜDEK tərəfindən akkreditə olunub və EUR-ACE keyfiyyət nişanına layiq görülüb. 

TAU-nun Qida mühəndisliyi proqramında təhsil alan tələbələrə Hacettepe Universitetinin məhz sözügedən professor-müəllim heyəti tərəfindən dərslər tədris olunur. Bununla yanaşı, tələbələr müasir laboratoriya infrastrukturundan faydalanmaq imkanı əldə edirlər.
 














 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Nigeriyada göyərtəsində onlarla insanın olduğu gəmi batıb
22:12 05.10.2026
Nigeriyada göyərtəsində onlarla insanın olduğu gəmi batıb
Ermənistan və Türkiyə Gümrü-Qars elektrik ötürücü xəttinin işinin bərpasını müzakirə edib
22:07 05.10.2026
Ermənistan və Türkiyə Gümrü-Qars elektrik ötürücü xəttinin işinin bərpasını müzakirə edib
Merz: Yaxın Şərqdə münaqişənin həllindən danışmaq hələ tezdir
22:00 05.10.2026
Merz: Yaxın Şərqdə münaqişənin həllindən danışmaq hələ tezdir
Azərbaycan-Nigeriya münasibətlərinin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb
21:54 05.10.2026
Azərbaycan-Nigeriya münasibətlərinin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb
Ucarda şagirdin məktəbdən kənarlaşdırılması narazılıq yaradıb - VİDEO
21:51 05.10.2026
Ucarda şagirdin məktəbdən kənarlaşdırılması narazılıq yaradıb - VİDEO
Tovuzda 29 yaşlı gənc bıçaqlanıb, ona xəsarət yetirməkdə atası şübhəli bilinir
21:47 05.10.2026
Tovuzda 29 yaşlı gənc bıçaqlanıb, ona xəsarət yetirməkdə atası şübhəli bilinir
Arvadını bıçaqlayıb könüllü polisə təslim oldu - VİDEO
21:41 05.10.2026
Arvadını bıçaqlayıb könüllü polisə təslim oldu - VİDEO
Pezeşkian: ABŞ ilə danışıqlar aparmaq mənasızdır
21:37 05.10.2026
Pezeşkian: ABŞ ilə danışıqlar aparmaq mənasızdır
Türkiyə-Azərbaycan Universitetinin rektoru Hacettepe Universitetində görüşlər keçirib
21:24 05.10.2026
Türkiyə-Azərbaycan Universitetinin rektoru Hacettepe Universitetində görüşlər keçirib
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
21:10 05.10.2026
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
İlham Əliyev Əhməd Yusifovu qələbə münasibətilə təbrik edib
21:02 05.10.2026
İlham Əliyev Əhməd Yusifovu qələbə münasibətilə təbrik edib
İtaliya XİN Azərbaycan-Ermənistan sülh prosesini dəstəkləyir
20:56 05.10.2026
İtaliya XİN Azərbaycan-Ermənistan sülh prosesini dəstəkləyir
Vyanada Orta Dəhlizin əhəmiyyətinə dair fikir mübadiləsi aparılıb
20:50 05.10.2026
Vyanada Orta Dəhlizin əhəmiyyətinə dair fikir mübadiləsi aparılıb
Ceyhun Bayramovla Marko Rubio arasında telefon danışığı olub
20:42 05.10.2026
Ceyhun Bayramovla Marko Rubio arasında telefon danışığı olub
Zelenski: Ukraynalı pilotlar Fransanın "Rafale" təyyarələrində təlimlərə başlayacaqlar
20:40 05.10.2026
Zelenski: Ukraynalı pilotlar Fransanın "Rafale" təyyarələrində təlimlərə başlayacaqlar
Vens: İran Britaniyadakı aviabazada baş verən insidentlə əlaqəli ola bilər
20:33 05.10.2026
Vens: İran Britaniyadakı aviabazada baş verən insidentlə əlaqəli ola bilər