ABŞ-ın "Pemi" şirkəti karbohidrogenlərin kəşfiyyatını apardığı Türkiyənin Batman şəhərində neft yatağı aşkar edib. Bu barədə çərşənbə axşamı Trend "Sabah" qəzetinə istinadən məlumat verir.
Bununla da bu ərazidə neft quyularının sayı 20-dən 60-a çatıb. Şirkət mövcud yataqlardan neft istehsalını sutkada 2,700 min barel artırmaq niyyətindədir.