'Türkiyə bizə deyir ki, 'Fransa mənim düşmənimdir, əlaqələrinizi kəsin''

Bütün Xəbərlər
15:05 17.02.2012
1845

Türkiyə mediası “Fransa Minsk Qrupundan çıxarılsın” təşəbbüsünə Azərbaycan rəsmilərindən münasibət öyrənib

Türkiyənin “Habertürk” qəzeti baş nazir Rəcəb Tayyib Ərdoğanın Fransa Senatında “erməni qanunu” qəbul edildikdən sonra bu ölkənin tərəfə çevrildiyini və buna görə də Qarabağ münaqişəsi üzrə Minsk Qrupundan çıxmalı olduğunu xatırladaraq, bu təşəbbüsə rəsmi Bakının mövqeyini öyrənib. Qəzet Prezident Adminstrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Novruz Məmmədov, ictimai-siyasi şöbənin müdiri Əli Həsənov və xarici işlər nazirinin müavini Xələf Xəlofovdan məsələyə dair rəy alıb.Novruz Məmmədov deyib ki, həmin qanunla əlaqədar Azərbaycan Fransaya Türkiyədən çox reaksiya verdi, amma Fransanın Minsk Qrupundan çıxarılması praktik olaraq mümkün deyil: “İstəsək də olmaz. Çünki konsensüs lazımdır. Türkiyə bizə deyir ki, "Fransa mənim düşmənim, əlaqələrinizi kəsin". Bir də belə düşünün. Azərbaycan Fransayla bir müharibə elan etmiş olsa, Türkiyə kimin qarşısında yer alar? Çox təəssüf ki, bəllidir. Müəyyən razılaşmalar var, NATO var"."Sürix protokolları"na toxunan N.Məmmədov əlavə edib: "Protokollar bizi sarsıtdı. Dağlıq Qarabağ problemi olmasaydı, Türkiyə sərhədini açardı, amma bu düz bir addım olmazdı".Əli Həsənovun fikri isə belə olub: "Son gərginliklə əlaqədar bütün Fransa xalqını qarşımıza almamalıyıq. Onsuz da 127 senator pulla satın alınıb, bunların Fransa xalqının iradəsini təmsil etməsi mümkün deyil".Xələf Xələfov suala cavab əvəzinə Minsk qrupunun tarixçəsini danışmaqla kifayətlənib: “Bu, qurum 1992-ci ildə Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı tərəfindən quruldu. Minsk qrupunun həmsədrləri ABŞ, Fransa və Rusiyadır. Onlara əlavə olaraq, qrupda Belorusiya, Almaniya, İtaliya, Portuqaliya, Hollandiya, İsveç, Finləndiya, Türkiyə və problemin tərəfləri olan Azərbaycan və Ermənistan iştirak edir. Minsk Qrupu, müəyyən aralıqlarla, qarşıdurma tərəfləri arasında yüksək səviyyədə danışıqların aparılmasına, münaqişənin sülh yolu ilə həll edilməsinə çalışır".

OXŞAR XƏBƏRLƏR