Türkiyə boğazları açmasa, Rusiyanı Qara Dənizdə hansı fəlakətlər gözləyir? - YENİ İDDİA

Türkiyə boğazları açmasa, Rusiyanı Qara Dənizdə hansı fəlakətlər gözləyir? - YENİ İDDİA
MANŞET
12:23 19.04.2022
1074
"Moskva" kreyserinin yoxluğu Rusiyanın Qara Dənizdəki donanması üçün yeni təhlükələrə səbəb ola bilər. 

AZXEBER.COM xəbər verir ki, bu barədə "Reuters” agentliyi yeni iddia ilə çıxış edib. 

Ukraynanın Neptun raketlə vurduğu "Moskva" kreyserinin yerinin necə dolduracağı ilə bağlı yayımlanan məqalədə, Rusiyanın Türkiyəyə hər zamankından daha çox ehtiyacı olduğu qeyd edilib. 

Belə ki, eyni sinifdən iki kreyseri olan Rusiyanın Qara dənizdəki zəif nöqtəsini bağlamaq üçün Türkiyənin yardımına ehtiyacı var. Çünki Rusiyanın Şimal və Sakit Okean donanmalarına rəhbərlik edən "Mareşal Ustinov” və "Varyaq” kreyserlərini Qara dənizə gətirməsi üçün Türkiyənin neytral mövqe sərgilədiyi boğazlardan keçməsi lazımdır.

"Reuters”in təhlilinə görə, əgər Türkiyə buna icazə verməsə Rusiyanın Qara dəniz donanmasında uzaqmənzilli uçuşları nəzarət etmə ehtimalı sıfıra düşür. 

Xatırladaq ki, müharibənin ilk günlərində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sahilyanı ölkələrə döyüş gəmiləri ilə bağlı xəbərdarlıq edərək bildirmişdi ki, bütün sahilyanı və sahilyanı olmayan ölkələrə hərbi gəmilərinin boğazlardan keçməsinə icazə verilməyəcək.
 
Ayşən

OXŞAR XƏBƏRLƏR