Rusiyanın Türkiyədəki səfiri Andrey Korlov xəstəxanada dünyasını dəyişib.
Azxeber.com APA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.
Nazir qeyd edib ki, hadisə baş vermiş incəsənət mərkəzinin ərazisinə dərhal çevik polis alayının əməkdaşları cəlb edilib.
O bildirib ki, silahlı hücumu Türkiyənin Aydın vilayətindən olan 1994-cü il təvəllüdlü, Ankara Cevik Polis Alayında xidmət edən Mövlud Mətin Altıntaştörədib. Silahlı hücumu törədən şəxs zərərsizləşdirilib.
Nazir, həmçinin, hadisə zamanı daha 3 nəfərin yaralandığını, onlardan birinin artıq evə buraxıldığını, daha iki nəfərin isə müalicəsinin davam etdiyini, onlardan birinin ayağından, digərinin isə qolundan yaralandığını qeyd edib.