Türkiyə "Eurovision 2013"-də iştirakdan imtina edib.AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bununla bağlı ölkənin yayımçı televiziya kanalı “TRT” yazılı açıqlama yayıb.
Açıqlamada bildirilir ki, Türkiyənin bu addımı atmasına Avropa Yayımları Birliyinin (EBU) iştirakçı ölkələr arasında fərq qoyması səbəb olub.