Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə yaxın zamanda müxalif siyasətçi, nurçuların lideri Fətullah Gülənin ABŞ-dan ekstradisiyası üçün rəsmi müraciət ünvanlayacaq. Viurtualaz.org xəbər verir ki, bu məlumatı «Milliyet» yayıb.
Ərdoğan həmçinin cümə günü baş tutmamış hərbi çevrilişdən sonra həbs edilmiş şəxslərə ölüm hökmünün çıxarılması ehtimalını istisna etməyib.
Bundan öncə Ağ Evin rəsdmi nümayəndəsi Coş Ernest bildirmişdi ki, Ankara Gülənin ekstradisiyası üçün müraciət edərsə, Vaşinqton bu müraciətə ekstradisiya haqqında ikitərəfli müqaviləyə uyğun şəkildə baxacaq.