Türkiyə futbolunda şok həbs: Məşhur hakim matç bitən kimi saxlanıldı

Türkiyə futbolunda şok həbs: Məşhur hakim matç bitən kimi saxlanıldı
İDMAN
05:39 02.10.2026
128
Türkiyədə Mərkəzi Hakim Komitəsinə (MHK) qarşı aparılan təhqiqat çərçivəsində Süper Liqa hakimi Yasin Kol və köməkçi hakim Göktuğ Hazar Erel saxlanılıb.

Əməliyyat İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq tədbirləri çərçivəsində həyata keçirilib. Məlumata görə, hər iki hakim "Trabzonspor" ilə İrlandiyanın "Droqeda Yunayted" klubu arasında keçirilən yoldaşlıq matçından dərhal sonra Trabzonda nəzarətə götürülüb. 

Məlumata görə, həmin şəxslər qanunsuz mərc oyunlarının təşkili, sənəd saxtakarlığı və vəzifə səlahiyyətlərindən sui-istifadə şübhəsi ilə saxlanılıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.
 
///musavat.com///
OXŞAR XƏBƏRLƏR