Türkiyə heyəti İlham Əliyevlə görüşdü

Türkiyə heyəti İlham Əliyevlə görüşdü
Bütün Xəbərlər
18:35 18.01.2012
988

Deputatlar Elmar Məmmədyarov və Milli Məclisin beynəlxalq əlaqələr komitəsinin üzvləri ilə də müzakirələr aparıblar

Bakıda səfərdə olan Türkiyə-Azərbaycan parlamentlərarası dostuq qrupunun üzvləri yanvarın 18-də Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə görüşüblər.

“Media forum” saytının məlumatına görə, komitənin sədri Səməd Seyidov qonaqlara deyib: “Biz həmişə dostlarla açıq söhbət aparırıq. Azərbaycan və Türkiyə parlamentində dostuq qruplarının olması qəribə səslənir. Çünki biz yalnız dostluq qrupları səviyyəsində dost deyilik. İki dövlət, parlamentlər, xalqlar bir-biri ilə dostdur. Ümid edirəm ki, görüşümüz çox vacib və əhəmiyyətli olacaq. Çünki danışılası çox şey var”.

Qrupun rəhbəri Necdət Ünüvar deyib ki, səfərə çox böyük əhəmiyyət verirlər: “Bütün dünya bilir ki, Azərbaycanla Türkiyənin münasibətləri dostluqdan daha üstündür. Biz bu gün prezident İlham Əliyevlə görüşdük. Çox isti bir görüş oldu. Eyni zamanda xarici işlər naziri Elmar Məmmədyarovla səmərəli görüş keçirdik. Türkiyə və Azərbaycan münasibətləri haqqında saatlarla danışmaq olar. Biz eyni taleyi bölüşən, eyni kökdən gələn bir xalqıq. Ən çətin günlərdə bir-birimizə daha yaxın olmuşuq. Problemlərimiz də eynidir. Sizin problem bizim, bizim problem sizindir”

Necdət Ünüvar qeyd edib ki, yanvarın 23-də Fransa Senatında qondarma “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanunun qəbulu nəzərdə tutulur: “Hesab edirik ki, bu, bütün türk dünyasının ortaq problemidir. Biz düşünürük ki, buna qarşı yalnız Türkiyə mübarizə aparmamalıdır. Azərbaycanın, bütün türk ölkələrinin birlikdə hərəkət etməsini vacib sayırıq. Bu birgə hərəkəti görmək istəyirik. Ümid edirik ki, səfərimizin nəticəsi olacaq”. Səməd Seyidov bildirib ki, bütün Azərbaycan xalqı Türkiyənin yanındadır: “Hesab edirik ki, Fransa Senatında müzakirəyə çıxarılan qanun Türkiyə ilə yanaşı Azərbaycana da təpkidir”. Görüş qapalı davam etdirilib.

OXŞAR XƏBƏRLƏR