"Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr çoxşaxəlidir və bütün sahələri əhatə edir"

"Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr çoxşaxəlidir və bütün sahələri əhatə edir"
SİYASƏT
16:58 19.06.2021
451
Türkiyə ilə Azərbaycan arasındakı sıx əməkdaşlıq, qardaşlıq əlaqələri türkdilli ölkələr arasındakı münasibətlərə də öz təsirini göstərir. Bunun əsas səbəblərindən biri Türkiyənin hazırda həm iqtisadi, həm siyasi, həm də digər sahələr üzrə dünyanın inkişaf etmiş dövlətlərindən biri olmasıdır. Azərbaycan isə iqtisadiyyatın sürət tempinə, iri infrastruktur layihələrinin reallaşdırılmasına və uğurlu islahatların aparılmasına görə regionda lider dövlətə çevrilməsidir. Həm Azərbaycanın, həm də Türkiyə prezidentlərinin qarşılıqlı rəsmi səfərləri hər iki ölkədə böyük təntənə ilə qeyd edilir, əsl toy-bayrama çevrilir.
Azərbaycanla Türkiyə arasında bu günə qədər çoxsaylı müqavilələr, sənədlər, sazişlər imzalanıb, ratifikasiya olunub. Lakin bu sənəd siyasi, hüquqi, hərbi, mənəvi əhəmiyyətinə, əhatə etdiyi mövzulara, imzalanma tarixinə, yerinə, vaxtına görə digərlərindən daha əhəmiyyətlidir. Bu da iki ölkə arasındakı dostluq əlaqələrinin daha sıx tellərlə bağlamasından xəbər verir.

Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın  ölkəmizə səfəri hər iki xalq üçün böyük bayrama çevrildi. Bu səfər xüsusi əhəmiyyət daşıyırdı. Hər şeydən əvvəl ona görə ki, iki dost-qardaş dövlət arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Şuşa bəyannaməsinin  imzalanmasıdır.  Bu müqavilənin imzalanması beynəlxalq aləmdə diqqət mərkəzinə çevrildi. Xüsusilə, Ermənistan rəhbərliyi bu müqavilənin imzalanmasından ciddi narahatlıq hissi keçirirdi.

Bu müqavilənin imzalanması Türkiyə və Azərbaycanın "bir millət, iki dövlət" olmasını bir daha təsdiqlədi. Bu anlaşma gələcək fəaliyyətimizi müəyyən edir və bundan sonra onilliklər ərzində Türkiyə ilə Azərbaycan arasındakı dostluq-qardaşlıq münasibətlərini müəyyən edəcəkdir.

Söz yox ki, Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr çoxşaxəlidir və bütün sahələri əhatə edir. İki ölkə arasında imzalanmış strateji əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə beynəlxalq aləmdə bir daha təsdiqlədi ki, Türkiyə ilə Azərbaycan daim hər sahədə çiyin-çiyinədir. 

Bu dəfəki səfər zamanı keçirilən görüşlərdə əsas mövzu Azərbaycanın ən yaralı yeri olan Dağlıq Qarabağ mövzusu, qaçqın və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qaytarılması deyil, Qarabağın dirçəlişi və tezliklə əsl sahiblərinin ixtiyarına verilməsi oldu.  

Qeyd edək ki, bu səfəri diqqətlə izləyən digər ölkələrin nümayəndələrinə də bir daha bəyan oldu ki, Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı sarsılmazdır, əbədidir. Bu münasibətlərin korlanmasına heç bir qüvvə təsir edə bilməz. Bu gün iki ölkə arasındakı əlaqələr ən yüksək formadadır. Bu münasibətlər bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək.

Türkiyənin regiona nüfuz etməsi ölkələrin inkişafına əlavə imkanlar yaradacaq, yeni beynəlxalq əməkdaşlıq platformasına çevriləcəkdir. Altı ölkəni – Rusiya, Türkiyə, Azərbaycan, İran, Ermənistan və Gürcüstanı birləşdirən yeni platforma ilə artıq bölgədə sabitlik meydana gələcək və düşmənçiliklər aradan qalxacaqdır. Düşünürəm ki, yeni platforma bütün bölgənin inkişafına xidmət edəcəkdir. Davamlı sülhə gedən yol bölgədəki bütün xalqların və dövlətlərin qarşılıqlı etimad və əməkdaşlığından keçir.

Müşfiq Cəfərov,
Milli Məclisin deputatı
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiyanın Kemerovo vilayətində 4,9 maqnitudalı zəlzələ olub
09:00 10.10.2026
Rusiyanın Kemerovo vilayətində 4,9 maqnitudalı zəlzələ olub
Afrikada 14 min körpə üzərində mübahisəli peyvənd sınağına icazə verilib
08:52 10.10.2026
Afrikada 14 min körpə üzərində mübahisəli peyvənd sınağına icazə verilib
Braziliyada uşaq bağçasında 13 nəfəri girov götürən silahlı şəxs öldürülüb
08:45 10.10.2026
Braziliyada uşaq bağçasında 13 nəfəri girov götürən silahlı şəxs öldürülüb
Qasırğa Alabama və Florida ştatlarında 170 mindən çox abonenti işıqsız qoyub
08:40 10.10.2026
Qasırğa Alabama və Florida ştatlarında 170 mindən çox abonenti işıqsız qoyub
Türkiyədə uşaqların sosial şəbəkələrdən istifadəsinə məhdudiyyətlər tətbiq ediləcək
08:35 10.10.2026
Türkiyədə uşaqların sosial şəbəkələrdən istifadəsinə məhdudiyyətlər tətbiq ediləcək
ABŞ Konqresi: Rusiya və Ukrayna arasında sülh sazişi imzalanacaq
08:30 10.10.2026
ABŞ Konqresi: Rusiya və Ukrayna arasında sülh sazişi imzalanacaq
FT: Ukrayna Rusiyanın neft emalı zavodlarına zərbələri davam etdirəcək
08:23 10.10.2026
FT: Ukrayna Rusiyanın neft emalı zavodlarına zərbələri davam etdirəcək
İsrail Livan ərazisində İran agentinin öldürüldüyünü açıqlayıb
08:16 10.10.2026
İsrail Livan ərazisində İran agentinin öldürüldüyünü açıqlayıb
Tramp Nobel mükafatına görə Norveçi hədələdi: Bunu unutmayacağıq
08:12 10.10.2026
Tramp Nobel mükafatına görə Norveçi hədələdi: Bunu unutmayacağıq
Tramp İrana ultimatum verdi: Ya şərtlərimizi qəbul edəcəklər, ya da məhv olacaqlar
08:08 10.10.2026
Tramp İrana ultimatum verdi: Ya şərtlərimizi qəbul edəcəklər, ya da məhv olacaqlar
Tramp Putinin Ermənistan və Azərbaycan arasındakı münaqişənin həllinə inanmadığını bildirib
08:03 10.10.2026
Tramp Putinin Ermənistan və Azərbaycan arasındakı münaqişənin həllinə inanmadığını bildirib
Uşakov: Putin və Trampın görüşünün vaxtı hələ müzakirə olunmayıb
07:50 10.10.2026
Uşakov: Putin və Trampın görüşünün vaxtı hələ müzakirə olunmayıb
Putin: Rusiya neftinin dünya bazarına çıxışı qlobal iqtisadiyyata müsbət təsir göstərəcək
07:38 10.10.2026
Putin: Rusiya neftinin dünya bazarına çıxışı qlobal iqtisadiyyata müsbət təsir göstərəcək
ABŞ və Avropa Ukrayna müharibəsini qışa qədər dayandırmağı müzakirə edib
07:23 10.10.2026
ABŞ və Avropa Ukrayna müharibəsini qışa qədər dayandırmağı müzakirə edib
Rusiya əcnəbilərə yaşayış icazəsi üçün kvotanı müəyyənləşdirdi
07:08 10.10.2026
Rusiya əcnəbilərə yaşayış icazəsi üçün kvotanı müəyyənləşdirdi
İstanbulda 150 milyon lirəlik mərc şəbəkəsi ifşa olundu
06:50 10.10.2026
İstanbulda 150 milyon lirəlik mərc şəbəkəsi ifşa olundu