Türkiyə ilə UNRWA arasında müqavilə imzalanacaq

Türkiyə ilə UNRWA arasında müqavilə imzalanacaq
DÜNYA
16:45 21.06.2025
436
İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci iclası çərçivəsində, Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan ilə BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və Bərpa Agentliyinin (UNRWA) Baş Komissarı Filip Lazzarini arasında "Türkiyə Cümhuriyyəti Hökuməti ilə UNRWA arasında UNRWA-nın Ankarada nümayəndəliyinin yaradılmasına dair anlaşma"nın imzalanması gözlənilir.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu razılaşma ilə UNRWA-nın Türkiyədə rəsmi nümayəndəliyinin açılması üçün hüquqi baza yaradılacaq.

Türkiyə, UNRWA-ya prinsipial dəstək göstərərək, agentliyin fələstinli qaçqınların əsas ehtiyaclarının – xüsusilə təhsil və səhiyyə xidmətlərinin – təminində əvəzsiz rol oynadığını bildirir. Ankara həm ikitərəfli, həm də çoxtərəfli platformalarda UNRWA-ya dəstək çağırışları edir və könüllü maliyyə yardımı göstərir.

Bundan əlavə, Türkiyə İsrail Parlamentinin UNRWA-nın işğal altındakı Fələstin torpaqlarındakı fəaliyyətlərini dayandırmaq məqsədilə 28 oktyabr 2024-cü ildə qəbul etdiyi qərarın beynəlxalq hüququ pozduğunu qeyd edərək, iki dövlətli həllə nail olunana qədər UNRWA-ya siyasi, maliyyə və hüquqi dəstəyin beynəlxalq ictimaiyyətin mənəvi məsuliyyəti olduğunu vurğulayır.

Oksana
OXŞAR XƏBƏRLƏR