Türkiyə lideri Qəzzaya gedən yolun haradan keçdiyini yaxşı bilir!
Bütün Xəbərlər
17:54 24.04.2013
1249
Zahid OrucAzərbaycan Milli Məclisinin deputatıCon Kerrinin Yaxın Şərq turnesindən sonra verdiyi açıqlamaları bir kənara buraxan türk mediası ABŞ dövlət katibinin “Ərdoğan Qəzza səfərini ertələsin” bəyanatı üzərinə yeriməsi bir çox siyasi mətləbləri ortalığa çəxardı.Bəlli oldu ki,söhbət heç də diplomatik yanlışlıqdan getmir və Ağ Ev Türkiyəyə xarici siyasət yolunu açıq mətnlə diqtə etməklə gücünü nümayiş etdirmək,yaxud Ərdoğan əleyhdarlarını fəallaşdırmaq niyyətini güdməyib.Yəni,əgər bir ölkə başçısı Amerikanın xəbərdarlığı ilə hərəkət edəcəksə və müstəqil qərar vermə haqqını bir kənara qoyacaqsa,onda Türkiyənin regional rolu və siyasi gücü haqda danışılanlar da mif olardı.Kerri nədən belə söyləyib və Suriya ətrafında beynəlxalq siyasi- hərbi həmlələrin intensivləşdiyi bir dönəmdə türk Baş Nazirinin digər konflikt bölgəsinə gedişi hansı fərqli ssenarilərə yol aça bilər?Suallar çoxdur.Lakin bir versiya inkarolunmazdır ki,Suriyanın Əsəddən sonra kimin nüfuz dairəsində olacağı bölgə uğrunda savaş aparan dövlətlərin əsas qayğısıdır.Bir çoxları hesablayır ki,Türkiyə Həmas vasitəsilə xarici dairələrə müqaviməti dərinləşdirib istədiyi payı götürmək istəyəcək.Belə həlledici məqamda İsraillə barışdırılan Türkiyə digər ərəb cinahının ənənəvi dəstəyini itirmək istəməyəcək.Kerri isə məhz bundan narahatdır.Ərdoğan əvvəlcə Davutoğlu vasitəsilə ABŞ dövlət katibini “belə üslubdan bir daha istifadə etməməyə” çağırsa da sonda xarizması və daxildəki müxalif təpkiləri önləmək üçün “keşkə deməsəydi” mesajı ilə şəxsi nüfuzunu qorumaq qayğısına qaldı.O,bununla “qırmızı xətti”n haradan keçdiyini təzə dövlət katibinə göstərmiş oldu.Lakin Ərdoğan Qəzzaya Amerika səfərindən sonra gedəcək.Elə isə Kerrinin səfər qrafikindən xəbəri yoxdursa,burda qəbahət axtarmağa dəyməz. Böyük ölkə olmaq belədir.Rusiyanın keçmiş başçısı Yeltsin kimi.O, da Sloveniya səfərini “təyyarədə yatıb qalması” səbəbilə gerçəkləşdirə bilməmişdi.Onda Rusiya heç üzr də istəmədi.