Türkiyə Maduronu qaçırmaq üçün təyyarə göndərib - İddia

Türkiyə Maduronu qaçırmaq üçün təyyarə göndərib - İddia
TOP4
00:16 25.01.2019
11476
Türkiyəyə məxsus "Qolfstrim G550” tipli təyyarə Venesuela prezidenti Nikolas Maduronu ölkədən qaçırmaq üçün Moskva üzərindən Karakasa uçuş edib.

AZXEBER.COM Qafqazinfo”ya istinadən xəbər verir ki, belə bir iddia ilə latın amerikalı jurnalist Federiko Blək Tvitter səhifəsində çıxış edib. "Birini aparmağamı gəldiniz?” sualını ünvanlayan Federiko təyyarənin yanvarın 22-də Atatürk Hava Limanından Moskvanın Vnukovo aeroportuna endiyini, yanvarın 23-də isə Moskvadan Venesuelanın Simon Bolivar Beynəlxalq Hava Limanına getdiyini bildirib.

İddiaya görə, Maduro hökumətini dəstəkləyən Rusiya və Türkiyə lazım gələrsə, onu ölkədən çıxarmaq barədə razılığa gəliblər.

 


OXŞAR XƏBƏRLƏR