Türkiyə mətbuatı “Qarabağ” və “Qəbələ”nin UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmasını manşetlərə çıxarıb.
AZXEBER.COM xəbər verir ki, “Milliyət” qəzeti klublarımızın tarixi zəfərini “Ne yaptın gardaş?” başlığı altında təqdim edib.Qəzet dünən iki klubumuzun qrup mərhələsinə qazandığını və Azərbaycan futbolunda tarix yazıldığını qeyd edib. Məqalədə həmçinin, hər iki klubumuzun güclü rəqiblərlə qarşılaşmasına baxmayaraq qrup mərhələsinə yüksəldiyi vurğulanıb.“Milliyət”dən başqa, Türkiyənin digər media orqanları da “Qarabağ” və “Qəbələ”nin zəfərinə biganə qalmayıblar.“NTV Spor” telekanalının saytı “Azərbaycandan tarixi uğur”, “TRT Spor" telekanalını saytı isə ““Qarabağ”da böyük sevinc” başlıqlı xəbərdə klublarımızın uğurundan yazıb.Məşhur “Fanatik.com.tr” idman saytı klublarımızın oyunları barədə xəbəri “Azərbaycan futbolu dastan yazdı” başlığı ilə verib. Bundan başqa sporx.com, spor.mynet.com, vətr.eurosport.com saytları da klublarımızın uğurundan yazıb.