Azərbaycanın tanınmış dramaturqu, rejissoru və xalq yazıçısı Rüstəm İbrahimbəyovun Fransanın mədəniyyət medalından imtina etməsi Türkiyə mətbuatında geniş əks-səda doğurub. Əsasən "Oscar mükafatlı azəri rejissor fransız medalını qaytardı" başlığı ilə yayımlanan xəbəri Türkiyənin əksər qəzet və xəbər saytları hazırda da yayımlamaqdadır.
Onu da qeyd edək ki, bu xəbərə qardaş ölkənin "Cihan" kimi nüfuzlu agentliyi kimi agentliklərlə yanaşı nüfuzlu "Star" qəzeti kimi qəzetlərin də xəbərlərində yer ayırıb.