Türkiyə mətbuatı Abid Şərifovun Soma üçün tökdüyü gözyaşlarından yazdı - FOTOLAR

Türkiyə mətbuatı Abid Şərifovun Soma üçün tökdüyü gözyaşlarından yazdı -  FOTOLAR
Bütün Xəbərlər
17:08 15.05.2014
4265

Xəbər verdiyimiz kimi, baş nazirinin müavini Abid Şərifov Türkiyənin Soma vilayətində baş verən mədən qəzası ilə bağlı danışarkən göz yaşlarını saxlaya bilməyib.

Baş nazirin müavini Türkiyə xalqına başsağlığı verərək bu faciəni Azərbaycan xalqının da bölüşdüyünü bildirib.

AZXEBER.COM xəbər verir ki, Türkiyə mətbuatı da baş nazirinin müavini Abid Şərifovun Somada baş verən mədən qəzasında həlak olan mədənçilər üçün tökdüyü gözyaşından yazıb.

Türkiyənin nüfuzlu “Hürriyet” qəzetinin internet səhifəsində “Azeri Başbakan yardımcısından Soma gözyaşı” başlığı ilə xəbər verilib.

“Radikal” qəzetinin internet saytında isə A.Şərifovun başsağlığı mesajını “Azerbaycan’da Soma gözyaşları” başlığı ilə yayımlayıb

“Akşam” qəzetinin internet saytında da baş nazirin müavinin ağlamasından yazıb. Qəzet xəbəri “Azeri Başbakan Soma için ağladı!başlığı ilə verib.

OXŞAR XƏBƏRLƏR