Türkiyə mətbuatı zəhərli ilanların Azərbaycan kəndlərinə hücumundan yazdı

Türkiyə mətbuatı zəhərli ilanların Azərbaycan kəndlərinə hücumundan yazdı
Bütün Xəbərlər
11:10 25.09.2013
1179
Türkiyə mətbuatı Azərbaycan, Ermənistan cəbhə xəttində ermənilərin çıxardığı meşə yanğınları və bu səbəbdən zəhərli ilanların cəbhə boyu kəndlərə etdiyi hücumdan yazdı. Yanğınlardan qorunmağa çalışan yüzlərlə zəhərli ilan sərhədi keçərək Azərbaycan kəndlərinə gəldi.Müharibə səbəbindən çətin şərtlərdə yaşayan kəndlilər, bir tərəfdən də zəhərli ilanlardan qorunmağa çalışır. Həm insan həyatını həm də ev heyvanları təhdid edən ilanlar, 1,5 metrlik boylarıyla bölgə xalqının qorxulu yuxusu halına gəldi. Xüsusilə əkili sahələr və heyvan barınaklarına girən ilanlar bir çox insanın zəhərlənməsinə, çox sayda heyvanın isə tələf olmasına səbəb oldu. Döyüş səbəbiylə tarlalardaki məhsulunu yığmaqda çətinlik çəkən bölgə xalqı bir də ilanlarla mübarizə etdiklərini bildirdi.Mövzuyla əlaqədar mətbuata açıqlama verən Mərzili kəndi sakini Toğrul Əliyev yanğınlar səbəbindən bölgədəki ilanların, xəttin Azərbaycan tərəfinə keçdiyini söylədi. Eyni kənddə yaşayan Nəsimi Babayev də etdiyi şərhdə, bölgədə yaşayan və xüsusilə çox zəhərli olmasıyla tanınan"Gürzə" və"Qafqaz Qırmızı ilanı"cinsi ilanların həyat şərtlərini çətinləşdirdiyini dilə gətirdi. Babayev, ilanların boylarının bir, 1,5 metri keçdiyini, ailəsi və heyvanları üçün narahatlıq duyduğunu vurğuladı.
OXŞAR XƏBƏRLƏR