Türkiyə Milli Müdafiə naziri azərbaycanlı şəhidin ailəsinə məktub göndərdi - FOTO

Türkiyə Milli Müdafiə naziri azərbaycanlı şəhidin ailəsinə məktub göndərdi - FOTO
SOSİAL
14:11 18.02.2021
361

Türkiyə Milli Müdafiə naziri Hulusi Akar torpaqlarını xilas edəcəyinə söz verən azərbaycanlı şəhid baş leytenant Valeh Məmiyevin ailəsinə məktub göndərib.

"TRT Avaz” xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyinin polkovniki Abdulla Qurbani Akarın məktubunu Məmiyevin Yardımlı rayonunun Kürəkçi kəndində yaşayan ailəsinə çatdırıb.

"Ermənistanın işğalı altında olan ərazilərini azad edən şanlı Azərbaycan ordusunun 44 günlük qəhrəmanlıq mübarizəsində ağır yaralanan baş leytenant Valeh Memiyevin şəhid olması bizi çox kədərləndirdi. Baş leytenant Valeh vətən torpağını işğaldan qurtaracağı barədə verdiyi sözü tutub, Qubadlının yaşayış yerlərinin azad edilməsindən sonra şəhidlik zirvəsinə ucalıb.

Şəhidlərimizin və qazilərimizin cəsarəti, qəhrəmanlığı və fədakarlığı heç vaxt unudulmayacaq”, - deyə məktubda qeyd edilir.

Dövlətinin bütün imkanları ilə sona qədər Azərbaycanın yanında olacağını vurğulayan Akar Məmiyevin ailəsini Türkiyəyə dəvət edib.

Baş leytenant Valeh Məmiyev 13 avqust 2020-ci il tarixində Azərbaycanda təşkil edilmiş Türkiyə-Azərbaycan Ortaq Təlimində fərqlənən əsgərlərdən biri olub.

Təlimdən sonra Akar Məmiyevə mükafat təqdim edib, xatirə şəkli çəkdirib və bir müddət onunla söhbətləşib.

Akar Məmiyevə "Təlimdə gücünüzü və peşəkarlığınızı göstərməyiniz çox xoşdur. Ancaq əsas vəzifəniz 30 ildir işğal altında olan torpaqlarınızı xilas etmək olmalıdır. Buradakı müvəffəqiyyətinizi döyüş meydanında da təkrarlamalısınız” deyib.

Məmiyev isə bildirib ki, "Biz Ali Baş Komandandan əmr gözləyirik. Əmr gəldiyi an torpaqlarımızı qurtaracağıq və sizin istəyiniz yerinə yetiriləcək”.

Baş leytenant Məmiyev 27 sentyabr-10 noyabrda davam edən 44 günlük müharibə zamanı Qubadlı rayonunda bir çox yaşayış məntəqəsinin Ermənistanın işğalından azad edilməsində iştirak etdikdən sonra yaralanıb.

O, müalicə edildikdə "İndi məqsədimə çatdım. Qardaş Türkiyənin Müdafiə Naziri Akara verdiyim sözə əməl etdim. Vətən sağ olsun!” deyib və bir müddət sonra şəhidlik zirvəsinə ucalıb.




 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil ediləcək
18:53 28.06.2025
Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil ediləcək
Zelenski Trampla son görüşdən razı qaldığını açıqlayıb
18:41 28.06.2025
Zelenski Trampla son görüşdən razı qaldığını açıqlayıb
Baksol yolunda kanalizasiya quyusuna düşən gəncin meyiti tapılıb
18:36 28.06.2025
Baksol yolunda kanalizasiya quyusuna düşən gəncin meyiti tapılıb
Ukrayna Təhlükəsizlik Xidməti Krımda Rusiyanın 3 helikopterinin məhv edildiyini bildirdi
17:49 28.06.2025
Ukrayna Təhlükəsizlik Xidməti Krımda Rusiyanın 3 helikopterinin məhv edildiyini bildirdi
Yekaterinburqda işgəncələrə məruz qalan Vüqar Səfərov: “QAZel”in içindəki palçığı bizə yedizdirmək istəyirdilər - FOTO
17:35 28.06.2025
Yekaterinburqda işgəncələrə məruz qalan Vüqar Səfərov: “QAZel”in içindəki palçığı bizə yedizdirmək istəyirdilər - FOTO
Rusiyada hücuma məruz qalan azərbaycanlıları ÖMÜRLÜK HƏBS gözləyir - İttihamları BİLİNDİ
17:21 28.06.2025
Rusiyada hücuma məruz qalan azərbaycanlıları ÖMÜRLÜK HƏBS gözləyir - İttihamları BİLİNDİ
İş adamları və əhali “Ziraat Bank Azərbaycan”dan pullarını geri götürür
17:05 28.06.2025
İş adamları və əhali “Ziraat Bank Azərbaycan”dan pullarını geri götürür
Azərbaycan meyvə-tərəvəz idxalını və ixracını artırıb
16:49 28.06.2025
Azərbaycan meyvə-tərəvəz idxalını və ixracını artırıb
Cümşüd evin tək övladı imiş… - VİDEO
16:44 28.06.2025
Cümşüd evin tək övladı imiş… - VİDEO
Rusiyada şovinist siyasətin yeni dalğası: Miqrantlara və qeyri-ruslara qarşı sistemli təzyiqlər
16:23 28.06.2025
Rusiyada şovinist siyasətin yeni dalğası: Miqrantlara və qeyri-ruslara qarşı sistemli təzyiqlər
Bakıda iqtisadi əməkdaşlıq görüşü baş tutdu - FOTOLAR
16:21 28.06.2025
Bakıda iqtisadi əməkdaşlıq görüşü baş tutdu - FOTOLAR
Rusiyada qətlə yetirilənlərin cənazələrinin Azərbaycana gətiriləcəyi TARİX BİLİNDİ
16:16 28.06.2025
Rusiyada qətlə yetirilənlərin cənazələrinin Azərbaycana gətiriləcəyi TARİX BİLİNDİ
KİV: Moskva vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, ölənlər var
15:57 28.06.2025
KİV: Moskva vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, ölənlər var
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
15:45 28.06.2025
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
Kürdəmirdə ətrafı zibilləyən 4 nəfər məsuliyyətə cəlb olundu
15:28 28.06.2025
Kürdəmirdə ətrafı zibilləyən 4 nəfər məsuliyyətə cəlb olundu
Lerikdə qardaşlar qonşunun arvadını döydülər
15:14 28.06.2025
Lerikdə qardaşlar qonşunun arvadını döydülər