Türkiyə Milli Müdafiə Nazirliyi 20 Yanvar faciəsinin qurbanlarını yad edib

Türkiyə Milli Müdafiə Nazirliyi 20 Yanvar faciəsinin qurbanlarını yad edib
SİYASƏT
11:24 20.01.2026
324
Türkiyə Milli Müdafiə Nazirliyi 20 Yanvar faciəsinin qurbanlarını yad edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə dövlət qurumun "X" hesabında qeyd olunub.

Vurğulanıb ki, Türkiyə Azərbaycanın ağrısını ürəyində hiss edir və həmişə Azərbaycanla çiyin-çiyinə dayanmağa davam edəcək:

"Qardaş Azərbaycanda baş verən və tarixə Qara Yanvar kimi düşən qeyri-insani hücumlar zamanı həyatını itirən şəhidlərimizi dərin hörmət və rəhmətlə anırıq. Azərbaycan türkü qardaşlarımızın yaşadığı ağrını ürəyimizdə hiss edir, tarix boyu olduğu kimi, bu gün də həm xoş günlərdə, həm də çətin məqamlarda "Bir millət, iki dövlət" anlayışı ilə çiyin-çiyinə dayanmağa davam edəcəyimizi bir daha vurğulayırıq. Unutmadıq, unutdurmayacağıq".
OXŞAR XƏBƏRLƏR