Türkiyədə iki gündür axtarılan 10-cu sinif şagirdi və milli şahmat komandasının üzvü Feyza Keskindən acı xəbər gəlib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, 16 yaşlı qızın cəsədi axşam saatlarında tikinti sahəsində aşkarlanıb.
Məlumata görə, Feyza Keskin dünən səhər saatlarında evdən çıxıb və geri qayıtmayıb. Onunla əlaqə saxlaya bilməyən ailəsi hüquq-mühafizə orqanlarına müraciət edib. Bundan sonra polis tərəfindən geniş axtarış tədbirlərinə başlanılıb.
Axtarışlar nəticəsində Feyzanın meyiti saat 20:00 radələrində Muzaffer Türkeş məhəlləsində yerləşən tikinti sahəsində tapılıb. Hadisə yerinə cəlb olunan mütəxəssislər tərəfindən ilkin baxış keçirildikdən sonra cəsəd morqa göndərilib.
Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırmalar davam edir.
Aysel











































