Türkiyə millisinin baş məşqçisi: "İşin böyük hissəsi bundan sonra başlayır"

Türkiyə millisinin baş məşqçisi: "İşin böyük hissəsi bundan sonra başlayır"
İDMAN
19:23 20.09.2021
1027
"Norveçlə DÇ-2022-nin seçmə oyununa sürətlə hazırlaşacağıq. Bütün diqqəti oyunumuza yönəldəcəyik.

Bu fikirləri Türkiyə millisinin baş məşqçisi Ştefan Kunts təqdimat mərasimində deyib.

59 yaşlı mütəxəssis ilk olaraq Türkiyə Futbol Federasiyasının (TFF) İcraiyyə Komitəsinin üzvü və Türkiyə millisinin sabiq futbolçusu Hamit Altıntopun onunla əlaqə saxladığını bildirib: "Bunun üçün qurur duydum. Məşhur və uğurlu türkiyəli baş məşqçinin ardından bu posta gəldiyim üçün xoşbəxtəm. İşin böyük hissəsi bundan sonra başlayır".

Qeyd edək ki, TFF almaniyalı baş məşqçi ilə 3 illik müqavilə imzalayıb.
OXŞAR XƏBƏRLƏR