Türkiyənin "Alanyaspor" klubunun yeni baş məşqçisi bəlli olub.
Bölgə təmsilçisi Fatih Təkkəyə tapşırılıb.
46 yaşlı mütəxəssis bu postda Ömər Ərdoğanı əvəzləyib.
Qeyd edək ki, "Alanyaspor" 10 turdan sonra 10 xalla 14-cü pillədə qərarlaşıb. Fatih Təkkə son olaraq 2022/2023 mövsümündə "İstanbulspor"un "sükanı arxasında" olub. O, futbolçu olduğu dönəmdə - 1997-2008-ci illərdə 25 matçda Türkiyə millisinin formasını geyinib.