Türkiyə nümayəndə heyəti Dövlət Komitəsində olub - FOTOLAR

Türkiyə nümayəndə heyəti Dövlət Komitəsində olub - FOTOLAR
SOSİAL
19:32 12.04.2025
642
 Azərbaycana səfərə gələn Türkiyə Böyük Millət Məclisi üzvləri, hakim Ədalət və İnkişaf Partiyası təmsilçiləri, Kayseri bələdiyyəsinin yüksək vəzifəli şəxsləri, ali məktəb rektorları,  alimlər və sahibkarların daxil olduğu Türkiyə nümayəndə heyəti II Şəhidlər Xiyabanını ziyarət edib, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən vətən oğullarının əziz xatirəsini ehtiramla yad ediblər.
 
AZXEBER.COM Unikala-a istinadən xəbər verir ki, nümayəndə heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb. 
 
"Azərbaycan-Türkiyə dostluğu və strateji tərəfdaşlığı artıq bütün dünyada unikal bir nümunəyə çevrilib. Ölkələrimiz arasında qardaşlıq və müttəfiqlik münasibətləri bütün sahələrdə uğurla inkişaf edir, əlaqələrin bugünkü yüksək səviyyəsi tarixi köklərə, dərin siyasi-ideoloji prinsiplərə əsaslanır. Prezident İlham Əliyevin bizə tapşırığı ölkələrimiz və diasporlarımız arasında əməkdaşlığı daha da inkişaf etdirmək, vahid diasporun formalaşmasına töhfələr verməkdir. Sizin səfəriniz bu istiqamətdə müzakirələrin aparılması baxımdan da xüsusi əhəmiyyətə malikdir”- komitə sədri bu sözləri Türkiyə nümayəndə heyəti ilə görüşdə səsləndirib. 

Görüşdə "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”, Şuşa və Kayseri şəhərlərinin qardaşlaşması, Kayseridə Şuşa Azərbaycan Evinin uğurlu fəaliyyəti barədə danışılıb, diasporlarımız arasındakı əlaqələrin perspektivləri müzakirə olunub.  

Türkiyə Böyük Millət Məclisinin üzvləri Hulusi Akar, Şamil Ayrım, Sayın Bayar Özsoy və digər şəxslər səfərin əhəmiyyətini yüksək qiymətləndiriblər.

Türkiyə ilə Azərbaycanın regionda və dünyadakı nüfuzuna, güclərimizi birləşdirməyin vacibliyinə diqqət çəkən Türkiyə Böyük Millət Məclisinin üzvü Hulusi Akar bu səfərdən böyük məmnunluq duyduğunu bildirib. Hulusi Akar, həmçinin Azərbaycan diasporunun informasiya müharibəsindəki rolunu xüsusi qeyd edib.  

Türkiyə Böyük Millət Məclisinin üzvü Şamil Ayrım Kayseri və Şuşanın qardaşlaşmış şəhərlər olmasının önəmini vurğulayıb, Türkiyədə yaşayan və təhsil alan azərbaycanlıların iki ölkə arasında körpü rolunu oynadıqlarını nəzərə çatdırıb.

Görüşdə Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Birol Akgün iştirak edib. 

Kayseri Talas bələdiyyəsinin sədri Mustafa Yalçına və Şuşa Azərbaycan Evinin rəhbəri Elşən Qənbərova təltif olunduqları "Diaspor fəaliyyətində xidmətə görə” medalı təqdim olunub. 

Türkiyə nümayəndə heyəti Azərbaycanın işğaldan azad olunan ərazilərinə səfər edəcək. 

Qeyd edək ki, səfər Kayseridə fəaliyyət göstərən Şuşa Azərbaycan Evinin təşəbbüsü, Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Prezidentinin Şuşadakı xüsusi nümayəndəliyinin dəstəyi ilə təşkil edilib.

 

 


 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu ölkədə vəba epidemiyası elan edilib
20:42 27.06.2026
Bu ölkədə vəba epidemiyası elan edilib
Fərman Həsənov UFC-də qələbə qazanıb
20:35 27.06.2026
Fərman Həsənov UFC-də qələbə qazanıb
Xaricdə təhsil alanların nəzərinə: Möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişiklik edilə bilər
20:26 27.06.2026
Xaricdə təhsil alanların nəzərinə: Möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişiklik edilə bilər
Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək
20:14 27.06.2026
Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək
İstanbul hava limanında gərgin anlar: Azərbaycanlı qadının çantasından bunlar çıxdı – VİDEO
19:49 27.06.2026
İstanbul hava limanında gərgin anlar: Azərbaycanlı qadının çantasından bunlar çıxdı – VİDEO
Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK
19:46 27.06.2026
Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK
Bu bürclər üçün sevgi və pul qapısı açılır - vaxt çatdı
19:32 27.06.2026
Bu bürclər üçün sevgi və pul qapısı açılır - vaxt çatdı
Servissiz qalan Çin avtomobilləri: Haqsız rəqabət mühiti formalaşır, xaos yaranır
19:22 27.06.2026
Servissiz qalan Çin avtomobilləri: Haqsız rəqabət mühiti formalaşır, xaos yaranır
Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı
19:16 27.06.2026
Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı
Həftəsonu daha da dəhşətli olacaq - Son 150 ilin rekordu qeydə alındı
19:14 27.06.2026
Həftəsonu daha da dəhşətli olacaq - Son 150 ilin rekordu qeydə alındı
Motosikleti “protiv” sürüb yolda hamıya təhlükə yaratdı - Araşdırma aparılır - Video
19:09 27.06.2026
Motosikleti “protiv” sürüb yolda hamıya təhlükə yaratdı - Araşdırma aparılır - Video
Oğlunun dəfninə qatılmayıb, məzarına getmir - “Onu torpaq altında təsəvvür edə bilmirəm”
19:04 27.06.2026
Oğlunun dəfninə qatılmayıb, məzarına getmir - “Onu torpaq altında təsəvvür edə bilmirəm”
Azərbaycan Ordusu gücünə görə dünyada neçəncidir?
18:57 27.06.2026
Azərbaycan Ordusu gücünə görə dünyada neçəncidir?
Bakıda binanın damında yeni mənzil tikib satışa çıxardılar - Video
18:53 27.06.2026
Bakıda binanın damında yeni mənzil tikib satışa çıxardılar - Video
“Bir qədər tələsikliyə yol verilib” - AMEA-dan həmin görüntülərlə bağlı açıqlama - Video
18:50 27.06.2026
“Bir qədər tələsikliyə yol verilib” - AMEA-dan həmin görüntülərlə bağlı açıqlama - Video
Əfqanıstanda güclü zəlzələ oldu
18:46 27.06.2026
Əfqanıstanda güclü zəlzələ oldu