İraqın şimalında mağarada əməliyyat-axtarış tədbirləri zamanı Türkiyə Ordusunun daha üç hərbçisi şəhid olub.
AZXEBER.COM-un APA-ya istinadən xəbərinə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Bununla da sözügedən əməliyyatda ölən hərbçilərin sayı 8-ə çatıb.